Azərbaycanda ağır koronavirus xəstələrinin yeni görüntüləri - VİDEO

Cəmiyyət
00:54 / 13.06.2020
4732
Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Artıq COVID-19 diaqnozu qoyulmuş bir neçə xəstə tibb müəssisəsinə daxil olub.
Sfera.az xəbər verir ki, hospitalda müalicə olunan xəstələrin vəziyyəti və onlara yaradılan şərait qənaətbəxşdir.
Burada kim əvvəlki vəziyyətinə qayıdacağı günü gözləyir, kim isə süni nəfəs aparatında həyatla ölüm arasında mübarizə aparır.
Hospitalın rəis müavini Bəxtiyar Musayevin sözlərinə görə, palatalar və şöbələr bütün lazımi avadanlıqlarla təchiz olunub və tibb müəssisəsi pasiyent qəbulunu dayandıraraq yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək. Burada koronaviruslu xəstələrə xidmət göstərən bütün heyət də hospitalın öz əməkdaşlarıdır.
Dünəndən sonra hospitala COVID-19-a yoluxmuş xeyli xəstə daxil olub.
Ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 20-dan artıq tibb müəssisəsi ayrılıb. Ayın sonuna kimi isə daha 6 modul tipli xəstəxananın açılışı olacaq.