Alimlər uğura imza atdı - Koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir

Alimlər uğura imza atdı - Koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir
 ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildirib ki, SARS-CoV-2 yavaş-yavaş inkişaf edən viruslara aiddir, bu da uğurlu peyvəndi yaratmaq ehtimalını artırır.

Sfera.az xəbər verir ki, alimlərin araşdırması "Medical Xpress" saytında yayımlanıb.

Tədqiqatçıların fikrincə, virus 2019-cu ilin qışından bəri çox az genetik dəyişikliklərə məruz qalıb. Belə yavaş-yavaş dəyişən virusların ştamlarına qarşı vaksin, dərman hazırlamaq qripin törədicisi olan və sürətlə dəyişən yoluxucu agentlərə nisbətən daha asandır. Ümumiyyətlə, yüzlərlə növ koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir.

Virusun peyvəndi üzərində çalışan alimlər SARS-CoV-2-nin xarici səthində yerləşən və virusun hüceyrəyə bağlanmasına, sonra onun içərisinə daxil olmasına imkan verən S-proteinə diqqət yetirib. Bu protein hüceyrənin səthindəki reseptor ilə birbaşa təmasa girən və peyvənd üçün ən çox hədəf kimi xidmət edən yüksək spesifik sahələrə malikdir. Bu günə qədər dünyanın hər yerində sıralanan 20 min genom nümunəsinin heç birində belə ciddi dəyişiklik müşahidə edilməyib. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...