Şəkidə oğurluq edən şəxs saxlanıldı

18:27 / 12.06.2020
4183
Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub.
Sfera.az "APA TV"yə istinadən xəbər verir ki, Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb.
Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.