Azərbaycanda yeni şəhər yaradıldı - SON DƏQİQƏ!

Cəmiyyət
15:20 / 12.06.2020
1676
Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Sfera.az xəbər verir ki, qanun layihəsində rayonun Babək qəsəbəsinə şəhər statusu verilməsi qeyd olunub.
Sənəddə, həmçinin, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilib.
Layihə səsə qoyularaq qəbul olunub.