“Azərbaycanın beynəlxalq nüfuzu, gücü və qüdrəti artdıqca…” – Günay Ağamalı

“Azərbaycanın beynəlxalq nüfuzu, gücü və qüdrəti artdıqca…” – Günay Ağamalı

"BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalı özünün şəxsi sosial şəbəkə hesabında Dövlət başçısının Tərtər - Ağcabədi - Ağdam rayonlarına səfəri ilə bağlı fikirlərini paylaşıb.


Sfera.azGünay Ağamalının sözügedən paylaşımını oxucularına təqdim edir:


"Cənab prezident Tərtər - Ağcabədi - Ağdam rayonlarına səfəri zamanı həmişə olduğu kimi, çox ciddi məsələlərə toxundu. O, Dağlıq Qarabağ ətrafında baş verən proseslərə xüsusi yer ayırdı. Mart ayının 31 - də Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsi dünyanın aparıcı dövlətləri və Beynəlxalq təşkilatlar tərəfindən tanınmamasını qeyd etməklə yanaşı, Avropa Şurasının sərgilədiyi qərəzli mövqe kəskin şəkildə tənqid olundu. Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, son illər Avropa Şurasının Ermənistanın yanında olmasının qəbul edilməzliyi önə çəkildi.

Azərbaycanın beynəlxalq nüfuzu, gücü və qüdrəti artdıqca Avropa Şurası kimi təşkillatlar ölkəmizə qısqanclıq göstərir, qərəzli mövqe nümayiş etdirirlər.

 

Əminəm ki, işğala məruz qalmış torpaqlarımız tezliklə azad olunacaq, qəsbkar Ermənistana ağır və sarsıdıcı zərbələr endirib, ərazi bütövlüyümüzü təmin edəcəyik. O gün çox da uzaqda deyil.”

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...