Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək davam edir!

Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək davam edir!
 

Sosial layihələrə olan dəstəyi ilə hər zaman seçilən ölkənin aparıcı banklarından biri Bank of Baku, cənab İlham Əliyevin öndərliyi ilə həyata keçirilən özünüməşğulluq proqramına dəstəyini davam etdirir.

Bank, proqram çərçivəsində şəxsi biznesini inkişaf etdirmək və ya təsərrüfatını genişləndirmək istəyən aztəminatlı, eləcə də fiziki məhdudiyyəti olan şəxslərə davamlı dəstək göstərməkdədir.

Belə ki, Şirvan, Ağsu, Neftçala, Şəki və Balakən rayonlarında yaşayan aşağıdakı şəxslərə fəaliyyət sahələrinə uyğun olaraq bizneslərinin inkişafına təkan verəcək xüsusi avadanlıqlar təqdim olunub:

  • Rüstəmov Əlibaba Cəfər oğlu – Heyvandarlıq təsərrüfatı – (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
  • Şahverənova Tofiqə Şahverdi qızı - Heyvandarlıq təsərrüfatı (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
  • Nəbiyev Murad İsrail oğlu - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
  • Uzunova Pərvanə Fərman qızı - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
  • Həmidova Mirvari Seyidəhməd qızı – tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, parça, qayçı və s.)
Qeyd edək ki,  Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, 11 mart tarixində Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdı.

Bank of Baku da bu layihədə yaxından iştirak edərək, regionlarda öz işini qurmaqda çətinlik çəkən sahibkarlara dəstəyini davam etdirəcək.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku  daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 



OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...