Azərbaycan pandemiyanı minimal zərərlərlə ötüşdürməyi planlayan uğurlu addımlar atmışdır

2020-ci il dünyaya Covid-19 – Koronavirüs kimi yeni bir termini gətirmiş oldu. Çinin Uhan vilayətində başlayan bu virüs əsasən səyahət edən insanlar tərəfindən dünyanın müxtəlif ölkələrinə sürətlə yayıldı. Ümumdünya Səhiyə Təşkilatı tərəfindən bu virüsun yayılması pandemik hal kimi qiymətləndirilmişdir. Virüsün yayılması sürəti olduqca intensiv olduğu kimi, onunla mübarizə də bir o qədər çətinləşməkdədir. Çünki Koronavirüs dünyada daha əvvəl yayılması müşahidə olunan virüslara bənzəmir. Virusun yayılmasının qarşısını alan və insan imunitetində virüs əleyhinə qoruyuculuq yarada bilən vaksini tapmaqda hətta dünyanın ən inkişaf etmiş səhiyyə sistemləri olan ölkələr belə acizdir. Azərbaycanda Koronavirusla mübarizənin digər uğurlu tərəfi kimi səhiyə sistemimizin ödənişsiz – dövlət hesabına işləməsini vurğulamaq olar. Dünyanın bir çox inkişaf etmiş ölkələrində Koronavirus testləri ödənişli olduğu və müalicəsinin də çox bahalı olduğunu nəzərə alsaq, Azərbaycan bu baxımdan bir çox ölkəni geridə qoydu. Vaxtaşırı dövlət büdcəsi hesabına yeni xəstəxanalar tikildi, virusla mübarizədə effektiv olan maskalar, dezinfeksiya maddələri, müxtəlif dərman və məhlullar istehsal edən zavod və fabriklər istifadəyə verildi. Bu müəssisələrin açılışında dövlət başçısı və birinci xanımın şəxsən iştirak edib mövcud şəraitlə tanış olması da insanlar üçün bir nümunə olmuş oldu. Eyni zamanda bu addım həm də düşünülmüş siyasi addımdır. Çünki Azərbaycan bu məhsulları istehsal edərək, dünyanın müxtəlif ölkələrinə yardımlar etdi və çətin vəziyyətdə dünya ölkələrinə dəstək duraraq, öz gücünü bir daha göstərmiş oldu. Bu təcrübə həm də dövlətə gələcəkdə ola biləcək virus, pandemiya dövrlərində də artıq təcrübəli və təhcizatlı bir dövlət kimi mübarizə aparmaq imkanı verəcək.
Dövlətimiz bu dövr ərzində xeyli humanist addımlar atmışdır. Ölkə başçısının əmri ilə bu dövr ərzində sosial təminatı az olan ailələrə 190 manat məbləğində məvaciblər verilmişdir. Bu eyni zamanda pandemiya dövründə öz əmək fəaliyyətini davam etdirə bilməyən insanlara da şamil edilmişdir. Prezidentin bu addımı xalq tərəfindən təqdir görmüşdür. Bununla yanaşı iri biznes müəssisələri də prezidentin bu addımını dəstəkləmək məqsədi ilə öz büdcələrindən dövlət büdcəsinə maddi dəstək vermişdir. Bu xalqımızın ölkə rəhbəri ətrafında birləşdiyini, bütünləşdiyini göstərən çox böyük addım olmuşdur. Bununla yanaşı mövcud vəziyyətdə tələbələrin də çətinlikləri pərdə arxası edilməmişdir. Ölkədə ödənişli təhsil alan tələbələrin arasında təhsil haqqını ödəyə bilməyən aztəminatlı ailələrin, əmək məhdudiyyəti olan ailələrin övladlarının təhsil haqqlarını da dövlət büdcəsi hesabına ödənməsi prosesi başlanmışdır.
Yuxarıda sadalanan və sadalanması mümkün olan bütün addımlarda ölkə rəhbərliyi vətəndaş mövqeyini ortaya qoymuşdur. Dünya ölkələrində artıq işsizlik, səfalət başladığı bir dövrdə Azərbaycan hakimiyyəti öz xalqının yanında olmuş, baş verən pandemiyanı minimal zərərlərlə ötüşdürməyi planlayan uğurlu addımlar atmışdır.
Nəsimi rayon gənci , Azərbaycan Dillər Universitetinin tələbəsi
Hüseynli Elşən Adil oğlu