Ölkə başçısının dəstəyi hər sahədə hiss olunur

Ölkə başçısının dəstəyi hər sahədə hiss olunur
 

Bildiyimiz kimi COVID-19 pandemiyası bütün dünyanı əsarət altına alıb. Çox təəssüflər olsun ki bu bəla bizim də ölkəmizdən yan keçmədi. Ölkəmizdə bir sıra qabaqlayıcı tədbirlər görüldü və görülməkdə davam edir. Belə tədbirlərdən biri də ölkəmizdə modul tipli xəstəxanaların tikilməsidir. Cənab Prezident İlham Əliyev təcili modul tipli xəstəxanaların tikilməsi üçün göstərişlər verdi və bu göstərişdən sonra ölkəmizdə təcili təxirəsalınmaz işlər görüldü . İlk Modul tipli xəstəxananın mayın 7-də Bakıda açılışı oldu. Bu açılışda Azərbaycan respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Dövlət başçısı İlham Əliyevə və birinci xanıma tibb müəssisəsində yaradılmış şərait haqqında məlumat verilib. Modul tipli xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci Xanım Mehriban Əliyeva tibb işçiləri ilə görüşüb və onlara öz tapşırıq və tövsiyələrini verib,Prezidentimiz həkimlərimizin bu çətin işdə göstərdikləri şücaəti yüksək qiymətləndirir və onların bu əziyyətlərinin təqdirə layiq olduğunu bildirib. Ölkə başçımız bildirib ki, belə xəstəxanaların tikilməsi davam etdiriləcəkdir.

Qeyd edim ki, bu açılışdan sonra iyunun 9 -da daha belə 3 xəstəxananın açılışı olub. Bu xəstəxanalar paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılmışdır. Bu COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu açılışdakı çıxışında bildirmişdir ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır . 10 xəstəxananın 4-nu özəl sektor öz hesabına inşa edəcək . Beləliklə dövlətin üzərindən yük bir qədər azalacaq. Ölkə başçımız hər sahədə olduğu kimi, tibb sahəsində də əlindən gələni əsirgəmir. Bu çətin pandemiya dövründə ölkə başçımız daim xalqın yanindadır. Hər sahədə olduğu kimi tibb sahəsində də çox sayda gənc həkimlərimiz çalışır. Bu da Ölkə başçımızın gənclərə olan dəstəyi deməkdir.

Nəsimi rayon gənci, Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Cəfərzadə Məftunə


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...