Sərt karantin günləri ilə bağlı əhaliyə MÜRACİƏT - "Pulsuz olacaq..."

Sərt karantin günləri ilə bağlı əhaliyə MÜRACİƏT -
"Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin sahiblərinə tövsiyə edirik ki, çatdırılmanı pulsuz həyata keçirsinlər”.

Sfera.az xəbər verir ki, xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bu haldan sui-istifadə edilməməsi üçün vətəndaşlara da müraciət edib:

"Gündəlik istifadə olunan dərmanların tədarükünün əvvəlcədən görülməsi məsləhətdir. Yalnız həyati vacib hallarda apteklərdən dərman sifariş etmək lazımdır”.

Qeyd edək ki, fəaliyyət göstərəcək apteklərin həmin tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...