Təyyarə biletləri BAHALAŞACAQ?

Cəmiyyət
00:30 / 12.06.2020
2049
Hazırda təyyarə biletlərinin qiyməti barədə nəsə demək çətindir. Bunun üçün ilk öncə uçuşlara başlamaq lazımdır.
Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bundan sonra real xərclər bilinəcək: "Bu, hava limanlarının yeni əlavə hesablar verməsindən asılı olacaq. Hava limanları çalışacaq ki, əlavə xərclərini hava şirktələrindən alsın. Hələlik biletlərin qiymətini dəqiq bilmirik. Amma AZAL olaraq biletlərin bahalaşdırılması haqqında düşünməməmişik”.