“Yollar nəzarətə götürülüb” - Müdafiə Nazirliyindən BƏYANAT

21:30 / 11.06.2020
4174
Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir" - deyə bəyanatda bildirilir.