Bu şəxslər də koronavirus yayır - ÜST açıqlamasını DƏYİŞDİ - FOTO

Bu şəxslər də koronavirus yayır - ÜST açıqlamasını DƏYİŞDİ - FOTO
 Harvard Universitetinin alimləri Ümumdünya Səhiyyə Təşkilatının xəstəliyi asimptomatik (simptomları olmayan) keçirən şəxslərin başqalarını virusa yoluxdurma riski ilə bağlı açıqlamasına etiraz ediblər.
 
ÜST-ün koronavirusa qarşı mübarizə qrupunun üzvü Maria Van Kerxove verdiyi açıqlamada COVİD-19-un necə yoluxduğu ilə bağlı fərqli ölkələrdən gələn məlumatları analiz etdiklərini və xəstəliyi asimptomatik keçirən şəxslərin virusu yayma riskinin çox nadir olduğunu ifadə edib. ÜST dövlətləri diqqətlərini simptom göstərən xəstələrə yönəltməyi tövsiyə edib.
 

Bu açıqlamanı Harvard Universitetinin alimləri əsassız sayıblar. Alimlərin xəstəliyi asimptomatik keçirən şəxslərin də virusu yaya biləcəyinə dair xeyli faktın olduğu ilə bağlı açıqlamalarından sonra ÜST fikirlərini geri çəkib. Təkrar açıqlama verən Kerxove yanlış anlaşıldıqlarını və heç bir simptomu olmayan şəxslərin də koronavirusu yaydığını ifadə edib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bu vəziyyətdə asimptomatik xəstələrin də risk qrupuna daxil olduğunu bildirib:

"İnsanların təxminən 1/3 hissəsi bu xəstəliyi simptomsuz keçirir. Qalan hamısında yüngül, orta ağır, ağır simptomlu xəstəlik müşahidə edilir. Yəni, bu 30%-dən hamımız narahat olmalıyıq, əslində. Çünki onlar, eyni zamanda, xəstəlik yaya bilər. Halbuki, ÜST-ün son məlumatlarında bildirilmişdi ki, asimptomatik xəstələr tərəfindən bu virusun yayılması ehtimalı çox aşağıdır. Lakin CDC-nin (ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri) rəhbəri dünənki açıqlamasında bildirdi ki, bu əsla belə deyil. Asimptomatik xəstələr virusu yaya bilər. Sadəcə olaraq, yayılma riski həmin xəstələrdən azdır. Çünki aktiv öskürmə, asqırma və s. yoxdur. Lakin bu, o demək deyil ki, onlar koronavirusu yaya bilməz".

OXŞAR XƏBƏRLƏR

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...

Ronaldo 925-ci qolunu vurdu

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb. ...

Rafael Fiziyev amerikalı idmançını döyüşə dəvət etdi

Azərbaycan idmançısı Rafael Fiziyev amerikalı Castin Qeyci ilə döyüşmək niyyətindədir.   Sfera.az xəbər verir ki, o, Las-Veqasda (ABŞ) baş tutacaq &q...