190 manatla bağlı RƏSMİ AÇIQLAMA

190 manatla bağlı RƏSMİ AÇIQLAMA
 

Pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi. Xüsusən də işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi. Hazırda karantin rejimi qismən yuşaldılmaqla davam etsə də, hələ də fəaliyyətinə icaz verilməyən sahələr var. Belə olduğu təqdirdə həmin sahələrdə çalışan və hazırda işsiz qalan əhalinin 190 manat aylıq ödənişi iyun ayında da alması məsələsi gündəmə gəlir.

İyun ayında 190 manat verilə bilərmi?

Sfera.az  Musavat.com-a istinadən xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, tam olaraq, 190 manatın ödənişi başa çatıb: "Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir".

190 manat ödənişlə bağlı şikayətlərin araşdırılmasına gəlincə, F.Talıblı bildirdi ki, həmin ərizələr müraciət etdikləri tarixə uyğun olaraq araşdırılır: "Hələ ki indiyə qədər nazirlik tərəfindən birdəfəlik ödəmə verilən vətəndaşlarla bağlı heç bir yanlışlıq olmayıb, vətəndaşlar da cavab məktubları ilə tam razılaşırlar".