Fərhad Məmmədov: “General Samvel Babayanın təyinatı danışıqlar prosesinin pozulmasına hesablanıb”

Fərhad Məmmədov: “General Samvel Babayanın təyinatı danışıqlar prosesinin pozulmasına hesablanıb”

Ermənistanı dərin iqtisadi çöküşə aparan koronavirus pandemiyası ölkəni ciddi daxili siyasi böhrana aparır.

 

Covid-19 sponsorların sayını kəskin azaltdığı bir şəraitdə kənardan kömək istəmək gözlənilən nəticəni vermir. Nikol Paşinyanın mövqeləri durmadan zəifləyir, müxalif qüvvələr getdikcə ona qarşı daha sıx birləşməyə hazır olur, hakimiyyətdə yüksək ranqlı məmurların istefası davam edir.

 

Bu acınacaqlı vəziyyət Ermənistan hökumətini çoxdan sınaqdan keçirilmiş bir üsula əl atmağa vadar edir – ictimaiyyətin diqqətini boş soyuduculardan və daxili siyasi münaqişələrdən yayındırmaq məqsədi ilə "xarici təhdid” mövzusunu gündəmə gətirir və Azərbaycanın işğal olunmuş ərazilərində təxribatlar kartı ilə oynayır.


Siyasi icmalçı Fərhad Məmmədov Ermənistanın siyasi arenasında cərəyan edən proseslərlə bağlı bizimlə fikirlərini paylaşır. Sfera.az həmin fikirləri təqdim edir.

 

-Ermənistanda həqiqətən çətin vəziyyət müşahidə olunur. Birincisi, koronavirus - yoluxmuş insanların sayı artır, bu da hakimiyyətin məsuliyyətini tam şəkildə dərk etməyərək virusun geniş yayılmasına imkan verdiyini göstərir. Məhz Ermənistandakı pandemiya əleyhinə tədbirlərin təsirsiz olması səbəbindən artıq Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası çağırışları səslənir.

 

 

Pandemiya bir amil kimi

Ermənistan hakimiyyəti koronavirusu ciddi qəbul etməyib. Düzdür, ölkəni "bağladılar”, demək olar ki, ay yarım fövqəladə vəziyyətdə keçirdilər, amma heç bir nəticə əldə edə bilmədilər. Nəticədə, may ayında büdcədə 544 milyon dollar məbləğində böyük bir "dəlik" meydana gəldi. Mövcud vəziyyət göstərir ki, ilin sonuna qədər bu məbləğ iki dəfə arta bilər, çünki vergi toplanması və büdcənin doldurulması çox aşağı səviyyədədir. Nəticədə, Ermənistan maliyyə dəstəyi üçün bir neçə maliyyə qurumuna müraciət edib.

 

Yeri gəlmişkən, Paşinyanın özünün də koronavirusa yoluxduğuna dair açıqlaması Ermənistan cəmiyyətində böyük mübahisələrə səbəb olub, çünki bu, daha çox kredit almaq məqsədi ilə deyil, pulsuz yardım almaq niyyəti ilə vəziyyətin qəsdən mənfiyə doğru dəyişdirilməsinə bənzəyir.

Onların belə bir siyasi təcrübəsi var - 90-cı illərin əvvəllərində, zəlzələdən sonra və s. belə olub. Hesab edirəm ki, bu, siyasi vəziyyətə çox böyük təsir göstərən vurğulanmalı vacibelementdir.


 

Bir tərəfdən Paşinyanın ailəsi və silahdaşları ilə əlaqəli korrupsiya qalmaqalları, digər tərəfdən iqtisadi fəallığın olmaması, getdikcə yoxsullaşan əhali ölkədə siyasi atmosferin radikallaşmasına səbəb olur.

 

Dediyim kimi, istefa çağırışları səslənir və bu çağırışları Gagik Tsarukyanın üzvlərinin sayına görə ölkədə üçüncü ən böyük partiya olan "Çiçəklənən Ermənistan” partiyası, Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan və əvvəllər olduğu kimi, keçmiş hakim Respublika Partiyası dəstəkləyib.

 

Avrasiya İqtisadi Birliyiantirusiya qrupu

 

Deyilənlərə Paşinyanın aktual problemləri Avrasiya İqtisadi Birliyi (AİB) miqyasında həll edə bilməməsini də əlavə etməliyik. Misalçün, Rusiya qazının qiyməti məsələsində. O, praktiki olaraq Rusiya prezidenti ilə razılığa gələ bilməddi - təşkilatın son sammitində Putin açıq və rəsmi şəkildə bundan imtina etdi.

İndi o, bu məsələdə Belarusla əməkdaşlıq etmək üçün yollar axtarır və son günlər Lukaşenkonun Rusiyaya qarşı müşahidə olunan sərt mövqeyi də bunun üçün əlverişli zəmin yaradır. Ümumiyyətlə, belə təəssürat yaranır ki, Paşinyan AİB daxilində antirusiya qrupu formalaşdırır. Əslində Paşinyanın məntiqini anlamaq o qədər də asan deyi: bir tərəfdən, o, Ermənistandakı Rusiya şirkətlərinə qarşı cinayət işi açır, "Qazprom” ilə razılığa gələ bilmir, digər tərəfdən də AİB strukturlarında aktiv antirusiya işi aparır.


 

Məhkəmə çəkişmələri

 

Artıq ləğv edilmiş konstitusiya referendumu məsələsi də Ermənistan cəmiyyətində böyük suallar doğurur. Niyə ləğv edilmiş? Çünki ötən ilki iqtisadi göstəricilər fonunda (red.iqtisadiyyatda artım müşahidə olunurdu və daha çox vergi toplanmışdı) Paşinyana öz istəyinə görə Konstitusiya məhkəməsinin tərkibini dəyişmək məqsədi ilə keçirəcəyi referenduma sərf edəcəyi 11 milyon dolları bağışlaya bilərdilər.

 

Amma hazırkı vəziyyətdə, hər dramın hesablandığı bir vaxtda referenduma belə böyük məbləğ sərf etmək doğru olmazdı.

 

 

Buna görə də Paşinyan və onun parlamentdəki fraksiyası hüquqi baxımdan o qədər də düzgün olmayan bir qərar verdilər- referendumun keçirilməsini ləğv edən qanun qəbul etdilər və parlamentə öz istəyinə uyğun olaraq Konstitusiya məhkəməsinin tərkibini dəyişdirmək hüququ verdilər.

 

Bu, Venesiya Komissiyasının tövsiyələrinə birbaşa ziddir və gələcəkdə Ermənistan hakimiyyəti üçün Avropa Şurası ilə daha da böyük problemlər yarada bilər.

 

Öz növbəsində məhkəmələr də sözügedən qərara qarşı çıxır. Yalnız son iki həftə ərzində apellyasiya məhkəmələri yerli məhkəmələrin qərarlarını qismən ləğv edib və Paşinyan buna təsir edə bilməz. Misalçün, apellyasiya məhkəməsi eks-prezident Robert Köçəryanın xəstəxanadan həbsxanaya köçürülməsi qərarını ləğv edib. Bundan əlavə, birinci instansiya məhkəməsi sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışa verilməsi və qiyabi olaraq həbs edilməsi barədə qərar qəbul etdikdə, apellyasiya məhkəməsi Minasyanın həbsi ilə bağlı qərarı ləğv edib.

 

Yəni məhkəmə sisteminin zirvəsi - apellyasiya məhkəmələri, xüsusilə də konstitusiya məhkəməsi hələ də "Paşinyanın küçə etirazları" adlanan nəhəng nəsnəyə müqavimət göstərir.


 

Korrupsiya qalmaqalları

 

Bu gün Ermənistanın siyasi elitasının atdığı addımlar Paşinyanın ailə üzvlərinin də adlarının hallandırıldığı korrupsiya qalmaqallarının əsassız olmadığını təsdiqləyir.

 

Belə ki, korrupsiya qalmaqallarında Ermənistanın əsas maliyyə xidmətinin - Dövlət Gəlirləri Komitəsinin bütün rəhbərliyinin adları səsləndirildi. Qeyd edək ki, sözügedən komitə Dövlət Gömrük Xidməti və Vergilər Nazirliyinin analoqudur.

 

İl yarımlıq ilk nəzərdə səmərəli işdən sonra, heç bir səbəb olmadan, bu qurumun rəhbəri David Ananyanın istefa verməsi təbii olaraq erməni ekspert cəmiyyətinin müəyyən suallarına səbəb oldu.

 

Əvvəla, bu, Dövlət Gəlir Komitəsinin də adı hallandırılan korrupsiya qalmaqalının ən qızmar vaxtındda baş verdi. Digər tərəfdən, Paşiyan səmərəli işinə görə Ananyana təşəkkür etdi. Bu yerdə sual yaranır: əgər struktur öz vəzifələrini səmərəli şəkildə yerinə yetirirsə, niyə onunlideri gözlənilmədən istefa verir?

 

Bu əsasən korrupsiya sxemləri və mexanizmləri ifşa olunduqdan sonra dövlət nəzarət xidmətinin rəhbərinin sadəcə orada işləmək istəməməsi ilə əlaqələndirilir. Görünür, Ananyan bu vəzifədə özü üçün heç bir perspektiv görmür və başa düşür ki, Paşinyan hər an onu "günah keçisi” yerinə qoyub özünə qarşı irəli sürülən bütün korrupsiya ittihamlarını onun boynuna yıxa bilər. Ermənistan parlamentində belə yüksək ranqlı məmurun istefasının rəsmi səbəbinin səsləndirilməsinin tələb edilməsi sözügedən məsələnin nə dərəcədə əhəmiyyətli olmasına bir sübutdur.


 

Separatçı "bədən hərəkətləri"

 

Separatçı təhsildə yeni təyinatlar ayrı bir məsələdir. Ondan başlayaq ki, Paşinyan Baş nazir seçildiyi vaxtdan etibarən həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti üçün o qədər də aydın olmayan tezislər irəli sürürdü.Sözügedən tezislər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı idi. Paşinyanın bir-birini təkzib edən çıxış və bəyanatlarından yetərincə misal gətirə bilərik.

 

Separatçı rejimin rəhbərliyindəki yeni təyinatlar isə bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin konstruktivliyi haqda danışmaq mənasızdır. Mən Masis Mailyanın təkrar marionet rejimin "Xarici İşlər Nazirliyi" nə rəhbər seçilməsini və general Samvel Babayanın "təhlükəsizlik şurası”na katib təyin olunmasını nəzərdə tuturam. Son 15 ildə baş verən prosesləri müşahidə edən ekspert kimi deyə bilərəm ki, odioz general Babayanın təyinatı erməni tərəfinin konkret olaraq danışıqlar prosesini pozmağa niyyətli olduğunu göstərən "qırmızı xətt”dir.

 

İşğal olunmuş Azərbaycan ərazisində üçüncü yolun inşası, Azərbaycanın Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının məskunlaşdırılması da buna sübutdur.

 

Bütün bunlar göstərir ki,Ermənistan tərəfi ilə hər hansı konstruktiv danışıqlar aparmaq mümkün deyil.Yəni, bir tərəfdən, mövqenin sərtləşməsini və danışıqlar prosesinə təzyiq göstərmək cəhdini, digər tərəfdən isə konfliktin həlli üçün Azərbaycanın güc tətbiq etməyə təhrik edilməsinin şahidi oluruq.

Belə destruktivizmin əsasında iqtisadi amil dayanır . Anlamalıyıq ki, bu il Ermənistanda daha az pul olacaq, müvafiq olaraq separatçılara yardım da azalacaq.


 

Son iki ildə xaricdəki erməni diasporu Ermənistana və separatçılara yardımı nəzərə çarpacaq dərəcədə azaldıb. Buna görə də vəziyyəti düzəltmək üçün İrəvana ya müharibə, ya datəmas xəttində ağır vəziyyət lazımdır.

 

- Artıq Ermənistanda anti-Paşinyan koalisiyasının formalaşdığını söyləmək olar?

 

- Xeyr, hələlik koalisiya haqda danışmaq tezdir. Hər bir müxalif qüvvənin öz günddəliyi var. Amma getdikcə vəziyyətin daha da bərbadlaşacağını istisna etmək olmaz.

 

Ermənistan iqtisadiyyatı bir neçə dirəyə söykənir və hər bir dirəklə bağlı problemlər mövcuddur, üstəgəl, əsas sponsor və müttəfiqlər maliyyə böhranı yaşayır. Axı hazırda demək olar ki, hər bir ölkə öz problemləri ilə məşğuldur və Ermənistana yardım etmək üçün əlavə pul yoxdur.

Ayaqda durmaq üçün pul toplamağın yeganə yolu Ermənistanı fəlakətli koronavirus göstəriciləri olan bir ölkə kimi təqdim etmək, eləcə də diaspordan pul almaqdır.

 

Buna görə də Ermənistan cəmiyyətini birtəhər toparlamaq , eləcə də kiçik də olsa, Ermənistan üçün əhəmiyyətli olan maliyyə mənbələri əldə etmək üçün Azərbaycanla gərgin vəziyyət yaratmaq Ermənistanın hakim dairələrinin marağındadır. Yeri gəlmişkən, onlar həmişə aktual problemlərini həll etmək üçün "vətən təhlükədədir" şüarından məharətlə istifadə ediblər.


 

- Bəs əslində koronavirusla bağlı vəziyyət Paşinyan göstərmək istədiyi qədər fəlakətli deyil?

 

- Əksinə, fəlakətlidir, çünki Ermənisatan hakimiyyətinin atdıqları addımlar heç bir nəticə vermədi. Onlar, bəlkə də bilmədən, gənc komandanın təcrübəsizliyi səbəbindən, böyük problem yaratdılar. Misalçün, qonşu Gürcüstanda bir neçə yüz, Ermənistanda isə 13 mindən çox yoluxmua halı qeydə alınıb. Bəlkə də Paşinyanın dediyi kimi, hətta 100 mindən çox infeksiya daşıyıcısı var.


Odur ki, Ermənistan tərəfi vəziyyəti şişirtmir, olanı söyləyir, amma vəziyyətdən öz xeyirləri üçün istifadə edir.

 

- Belə olan halda, onlar nə məqsədlə Azərbaycanı təhrik edir, onların keçirdiyi hərbi təlimlərin, işğal olunmuş ərazilərdə yeni yol inşası nə deməkdir?

 

- Tezliklə maaş vermək üçün pul olmayacaqsa, hansı yoldan danışa bilərik ?!


 

Azərbaycanı hərəkətə keçməyə təhrik etməyin bir neçə məqsədi var. Birincisi, diasporun toparlanması və əhalinin diqqətini Ermənistan daxilindəki problemlərdən yayındırmaq istəyiddir. İkincisi, danışıqlar prosesinə təzyiq göstərmək, onların təsəvvür etdiyi "məntiq”lə cərəyan etməyən danışıqları pozmaq cəhdidir. Prinsipcə, Lavrovun son bəyanatı nümayiş etdirdi ki, danışıqlar prosesində, eləcə də danışıqlar xaricində müşahidə olunan sadəcə anlaşılmazlıq deyil, Ermənistan tərəfinin ikiüzlülüyüdür.

 

Burada başqa bir tərəf də var - bu, Azərbaycanda daxili siyasətə təsir etmək cəhdidir. Bəli, separatçıların həyasız bəyanatları və Ermənistanın baş nazirinin davranışı həmçinin Azərbaycanda daxili siyasi gərginləşmə, cəmiyyətdə parçalanma yaratmaq, ölkədə və xaricdə radikal müxalifəti aktivləşdirmək məqsədi də güdür.

 

Ancaq unudurlar ki, bugünkü Azərbaycan artıq 1992-1993-cü illərdəki Azərbaycan deyil. Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ məsələsində tam konsolidasiya olunmuş mövqeyə malikdir və bunu Prezident İlham Əliyev açıq şəkildə səsləndirir.


 

- Perspektiv situasiyanı necə qiymətləndirirsiniz?

 

- Siyasi böhrana gəlincə, ilin sonunadək sosial partlayış baş verə bilər. Mövcud şəraitdə Paşinyan nə qədər uzun müddət hakimiyyətdə olacaqsa, Ermənistan da iqtisadi cəhətdən daha çox zəifləyəcək. Bu gün Ermənistanın az da olsa, maliyyə qaynağı varsa, ilin sonuna qədər qaz istehlakı artanda, kənd təsərrüfatı ixracı gözlənilən gəliri gətirməyəndə vəziyyət köklü şəkildə dəyişə bilər.

 

Bundan əlavə, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə azalır. Belə ki, ötən il Rusiya Ermənistana 1,1 milyard dollar köçürmüşüdü, bu ilin ilk üç ayında bu rəqəmlər dəyişməz qalmışdı, amma cari ilin ikinci rübündə artıq 50% azalma nümayiş olunur. Bu kifayət qədər nəzərə çarpan məbləğdir, vəziyyət belə davam etsə, ilin sonuna qədər Ermənistanda maliyyə çatışmazlığı gözlənilir.

 

Bu cür iqtisadi böhran şəraitində, üstəlik Konstitusiya Məhkəməsi və onun ətrafındakı proseslər hüquqi böhran yaratdığı bir zamanda, siyasi böhran qaçılmazdır. Paşinyanın reytinqi digər siyasi qüvvələrin ona öz şərtlərini diktə edə biləcəyi səviyyəyə endiyi zaman, o, hakimiyyətdən əl çəkmək istəməsə, təbii ki, istənilən ssenarilər mümkün olacaq.

 

 

 

- Necə düşünürsünüz, Azərbaycan konfliktin həllində bu situasiyadan istifadə edə bilər?

 

- Azərbaycan Prezidenti Qarabağla bağlı son bəyanatında bu gün güc amilinin ön plana çıxdığını vurğuladı. O, həmçinin qeyd etdi ki, biz Qarabağdakı hərəkətlərimizi bölgədəki geosiyasi reallıqlar prizmasına görə tənzimləyirik. Bütün bunlar Azərbaycanın prosesləri yaxından izləməsini bəlli edənaydın mesajdır.

 

Ermənistan iqtisadi və daxili siyasi böhrana yaxınlaşdıqca, Azərbaycan da İrəvana qarşı hərbi-siyasi, diplomatik və iqtisadi təzyiqləri daha çox artıracaq. Neftin qiymətinin ucuzlaşmasına, pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirə baxmayaraq, Azərbaycanın tənəzzüldən inkişafa rəvan keçmək üçün lazımi maliyyə mənbəyi var və düşməni tükətməyə yönələn bu əsas xətt təbii ki, öz nəticəsini verəcək.

 

- Sonucda təcavüzkarı sülhə məcbur etmək üçün ?

 

- Bəli, tamamilə doğrudur.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR