Azərbaycanda 40-dan çox xəstəxana və müəssisə koronavirus xəstələri üçün bağlandı – RƏSMİ

11:40 / 11.06.2020
1001
Azərbaycanda koronavirus xəstələrinin sayının artması tibb müəssisələrinə təlabatı artırır. Artıq bu gündən etibarən Gömrük Hospitalı da bu məqsədlə istifadə ediləcək.
Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva koronavirus və pandemiya xəstələrinə xidmət edən xəstəxanaların müəssisələrin sayını açıqlayıb. Bildirilib ki, hazırda 40-dan çox yer bu məqsədlə istifadə edilir.
"30-dan yuxarı karantin və pandemiya xəstəxanamız – yəni müəssisəmiz var. Bura atletlər kəndi də aiddir. Haradasa 33 müəssisə, 10 modul tipli xəstəxana var. Bunlardan üçünün açılışı dünən oldu. Digərləri də açılacaq”, – deyə Rəvanə Əliyeva qeyd edib.
Qeyd edək ki, koronavirus üçün ayrılan müəssisələrin çox hissəsi paytaxt Bakının payına düşür.