Bu sosial şəbəkədə artıq səsli mesajları mətnə çevirmək mümkündür

Önümüzdəki həftələrdə bütün şəbəkə istifadəçilər bu funksiyadan istifadə edə biləcəklər.
Rusiyanın populyar sosial şəbəkəsi VKontakte-də artıq səsli mesajları mətnə çevirmək mümkün olacaq. Bunun üçün VKontakte komandası neyron şəbəkəsindən istifadə edəcək.
Beləliklə də, sosial şəbəkə tərəfindən hazırlanan neyron şəbəkə, həm göndərilən, həm də qəbul edilən səs mesajlarını deşifr edə bilər. Çevirmə müddəti maksimum 30 saniyədir.
Şirkətdən verilən məlumata görə, bu, VKontakte-də yazılan bütün səslərin 90%-ni təşkil edəcək.
Bundan əlavə, yeni funksiya istifadəçilərə səs formatında göndərilən mesajları axtarmağa da imkan verəcək.
Qeyd edək ki, sonradan, kompüter versiyası üçün funksionallıq əldə ediləcək və texnologiya daha uzun mesajları deşifr edəcək.
(Ted)