Nuran Abdullayev: “Avtobusun öz havasının həmin yerdə sirkulyasiyası yoluxma riskini artırır”

Nuran Abdullayev: “Avtobusun öz havasının həmin yerdə sirkulyasiyası yoluxma riskini artırır”
 

Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama yayaraq pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparıldığını bəyan edib: "TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək".

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev "MediaPost"a şərh edib.

O deyib ki, sərinləndirmə sistemlərinin işə salınmaması əvvəlcə təyyarələrlə bağlı müzakirərlə başladı:

"Bildiyiniz kimi, təyyarələrdə hamının narahat olacağı mövzu yoluxmanın olması idi. Bir şübhəli xəstə təyyarənin içərisində nəfəs alır, bundan sonra çıxan aerozollar 5 mikrometrdən kiçik ölçüdədir. Yəni 2 metrdən yaxın məsafədə oturan şəxsə gedib çata bilər. Ondan sonra elmi araşdırma nəticəsində müəyyənləşdirildi ki, təyyarədə olan hava tənzimləyici sistem vasitəsilə buraya hava haradan gəlir, haradan sovrulur. Təyyarədə olan sistem vasitəsilə yoluxma minimuma endirilə bilər. Amma önəmli faktor odur ki, içəri təmiz hava daxil olmalıdır. Təyyarədə qurulan sistem vasitəsilə içəri təmiz havanın daxil olmasını tənzimləmək mümkündür. İnsanların nəfəs aldığı hava qırağa yayılmadan elə sirkulyasiya olunur ki, çıxır və təmiz hava təyyarənin içərisinə daxil olur. Bu, təyyarənin havalandırma sistemidir”.

N.Abdulayev avtobus kondisionerləri ilə təyyarələrin hava təmizləyicilərinin fərqli olduğunu deyib:

"Əgər avtobus kondisionerləri havanı avtobusun içində sirkulyasiya edirsə, bu, ən təhlükəlisidir. Ona görə də, avtobusun öz havasının həmin yerdə sirkulyasiyası qadağandır, riski artırır. Qapalı məkanlarda mütləq təmiz havanın içəri daxil olmasını təmin etmək lazımdır. İnsanlar arasında maska taxıb, məsafə saxlamaqla yoluxmaları minimuma endirmək olur".


OXŞAR XƏBƏRLƏR

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...

Ronaldo 925-ci qolunu vurdu

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb. ...

Rafael Fiziyev amerikalı idmançını döyüşə dəvət etdi

Azərbaycan idmançısı Rafael Fiziyev amerikalı Castin Qeyci ilə döyüşmək niyyətindədir.   Sfera.az xəbər verir ki, o, Las-Veqasda (ABŞ) baş tutacaq &q...