Azərbaycanda yas yerində 12 qadın koronavirusa yoluxdu - RƏSMİ

Cəmiyyət
15:23 / 10.06.2020
2449
"Siyəzən rayonunda 12 qadın koronavirusa yoluxub”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib:
"Bu şəxslərin hamısı yas mərasimində koronavirusa yoluxub. Yas mərasimlərində kütləvi toplaşma, məsafənin gözlənilməməsi və maskadan istifadə edilməməsi koronavirusa yoluxma hallarının sayının artmasına səbəb olub”.
"Qəbələnin Zarağan, İsmayıllının Tircan kəndlərində, eləcə də Siyəzən rayonunda koronavirusa yoluxma sayında artım müşahidə edilib”, - deyə R.Bayramlı əlavə edib.