İnfeksionist: "Pandemiyaya görə avtobuslarda kondisionerlərin işləməsi məqsədəuyğun sayılmır"

İnfeksionist:
 "Qapalı yerlərdə, o cümlədən sərnişin avtobuslarında kondisionerlərin çalışması virus infeksiyalarının yayılmasında böyük rol oynayır”.

Bunu report-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, bağlı məkanlarda kondisionerlərin işləməsi məqsədəuyğun hesab edilmir:

"Bu, həmçinin insanların çox olduğu digər yerlərə də aiddir”.

Qeyd edək ki, bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama yayaraq pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparıldığını bəyan edib: "TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək".

OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...