Bu il 11-ci sinfi 80 mindən artıq şagird bitirir

Cəmiyyət
13:30 / 10.06.2020
1553
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.
Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu tədris ilində respublika üzrə 3 256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5 855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.
2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır.