Dövlǝt gǝnclǝr siyasǝti sahǝsindǝ mühüm işlǝr hǝyata keçirilib

Dövlǝt gǝnclǝr siyasǝti sahǝsindǝ mühüm işlǝr hǝyata keçirilib

Bildiyiniz kimi Gǝnclǝr, hǝr bir cǝmiyyǝtin aparıcı qüvvǝsidir. Gǝnc nǝslǝ qoyulan investisiya dövlǝtin parlaq gǝlǝcǝyinin tǝminatıdır. Gǝnclǝrin tǝrbiyǝsi, onların problemlǝrinin hǝllinǝ dǝstǝk vǝ gǝnc vǝtǝndaşlara dövlǝt qayğısı yeni vǝ müstǝqil Azǝrbaycan dövlǝtinin daxili siyasǝtinin mühüm vǝzifǝlǝrindǝndir.


Tǝmǝli Ümummilli lider Heydǝr Əliyev tǝrǝfindǝn qoyulan vǝ Prezident cǝnab İlham Əliyev tǝrǝfindǝn uğurla davam etdirilǝn Dövlǝt Gǝnclǝr siyasǝti dövlǝtin "Gǝnclik kapitalı”na xüsusi yanaşmasının tǝcǝssümüdür. Qǝbul edilǝn proqramlara uyğun olaraq keçirilǝn tǝdbirlǝr, müxtǝlif sahǝlǝrdǝ gǝnclǝri maraqlandıran mǝsǝlǝlǝrin hǝllinǝ dair verilǝn sǝrǝncamlar, qǝbul edilǝn qǝrarlar, dövlǝt orqanlarının vǝ ictimai tǝşkilatların fǝaliyyǝti, gǝnc nǝslǝ tǝhsil, elm, incǝsǝnǝt, sǝhiyyǝ, iqtisadiyyat vǝ digǝr sferalarda dǝstǝk, gǝnclǝrin problemlǝrinin hǝllinǝ yönǝlmiş hǝrǝkǝtlǝr Azǝrbaycan dövlǝtinin gǝnclǝrǝ diqqǝtinin bariz nümunǝsidir.Bununla ǝlaqǝdar olaraq müstǝqil Azǝrbaycan Respublikasında gǝnclǝr hǝrǝkatının ǝlaqǝlǝndirilmǝsi mǝqsǝdilǝ Azǝrbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fǝrmanı vǝ Azǝrbaycan Respublikası Milli Mǝclisinin 26 iyul 1994-cü il tarixli 861 saylı qǝrarı ilǝ Azǝrbaycan Respublikası Gǝnclǝr vǝ İdman Nazirliyi yaradıldı.

 

Bu nazirliyin meydana gǝlmǝsi ilǝ dövlǝt gǝnclǝr siyasǝti sahǝsindǝ mühüm işlǝr hǝyata keçirildi, nazirliyin yerli strukturları formalaşdı, gǝnc nǝslin mǝnǝvi tǝrbiyǝsi vǝ fiziki inkişafı, onların hüquqlarının müdafiǝsi, beynǝlxalq strukturlarda iştirakı vǝ gǝnclǝr tǝşkilatlarının fǝaliyyǝtinin ǝlaqǝlǝndirilmǝsi sahǝsindǝ lazımi tǝdbirlǝr görüldü, bir sıra dövlǝt proqramları hazırlandı. Prezident İlham Əliyevin Sǝrǝncamı ilǝ tǝsdiq edilmiş "Azǝrbaycan gǝncliyi 2011-2015-ci illǝrdǝ" Dövlǝt Proqramı vǝ Regionların Sosial- İqtisadi inkişafı Dövlǝt Proqramı çǝrçivǝsindǝ 2013-cü ildǝ inşa olunan vǝ biz Şǝmkirli gǝnclǝrin istifadǝsinǝ verilǝn Şǝmkir Gǝnclǝr Evi sosial xidmǝt müǝssisǝsi ölkǝ başçısının gǝnclǝrǝ diqqǝt vǝ qayğısının bariz nümunǝsidir.


Qeyd etmǝk istǝyirǝm ki, Şǝmkir Gǝnclǝr Evinin ǝrazisi 9 ha ibarǝtdir vǝ Şǝmkir rayonunun 59.827 nǝfǝr gǝncini özündǝ cǝmlǝşdirir. Rǝhbǝri olduğum Şǝmkir Gǝnclǝr Evi sosial xidmǝt müǝssisǝsinin ǝsas fǝaliyyǝt istiqamǝti istedadlı gǝnclǝri aşkar etmǝk,gǝnclǝrin mǝlumatlılığını artırmaq,gǝnclǝrdǝ müasir düşüncǝ tǝrzini formalaşdırmaq,onları vǝtǝnpǝrvǝr ruhda böyütmǝk,hǝrtǝrǝfli inkişafları üçün elǝcǝ dǝ,öz qabiliyyǝtlǝrini inkişaf etdirǝ bilmǝlǝri üçün şǝraitin yaradılmasından ibarǝtdir.Burada xarici dillǝr sahǝsindǝ peşǝkar kurslar,tǝlimlǝr,İKT bilik vǝ bacarıqların artırılması üçün kurslar,media layihǝlǝr,incǝsǝnǝt dǝrnǝklǝri,intellektual oyunların vǝ.s tǝdbirlǝrin keçirilmǝsi nǝzǝrdǝ tutulur.Tǝbii ki,pandemiya dövrü bitdikdǝn sonra gǝnclǝr evlǝrinin fǝaliyyǝti tam bǝrpa olunduqdan sonra şǝhǝrimizin sakinlǝrinin qarşısına bir sıra yeniliklǝrlǝ çıxacağıq.


Bu gün gǝnclǝr dövlǝt orqanlarında, parlamentdǝ, bǝlǝdiyyǝlǝrdǝ, biznes strukturlarında, digǝr tǝşkilatlarda tǝmsil olunurlar vǝ cǝmiyyǝtin inkişafına öz töhfǝlǝrini vermǝk imkanına malikdirlǝr.Bu biz gǝnclǝrdǝ inam vǝ ruh yüksǝkliyi yaradır.


İlkin Musayev

Şəmkir Gənclər Evinin direktoru


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...