"Seksi geyinirəm. Həccə gedib gəldikdən sonra qapalı paltarlara keçəcəm" - Mina

 Real həyatda açıq geyinmirəm. Ancaq efirlərə çıxanda seksi geyinirəm. Həccə gedib gəldikdən sonra ola bilər ki, qapalı paltarlara keçim. Tanıdığım elə sənət adamları var ki, Həccə gedib gəliblər, amma onlar bu gün içki də içirlər, bütün oyunlardan da çıxırlar. Adlarını çəkməyəcəm. Mən onlar kimi olmaq istəmirəm".

Sfera.az big.az-a istinadla Mina ilə müsahibəni təqdim edir:

- Mina, başlayaq bu yaxınlarda verdiyiniz açıqlamadan. Həccə getmək arzusunda olduğunuzu bildirmisiniz.

- İlk olaraq deyim ki, hər bir müsəlmanın Həccə getmək istəyi, arzusu var. Burada təəccüblü bir şey yoxdur. Fərq etmir, açıq geyindin, ya yox, hər bir insanın Həccə getmək haqqı var. Mən də insanam, ona görə mən də getmək istəyirəm.

- Niyə açıq-saçıq geynirsiniz?

- Bilirsiniz, real həyat başqa şeydir, səhnə həyatı tamam başqa. Mənim əsl adım Nərmindir. Lakin səhnədə Mina obrazında fəaliyyət göstərirəm. Əslində real həyatda açıq geyinmirəm. Ancaq efirlərə çıxanda seksi geyinirəm. Həccə gedib gəldikdən sonra ola bilər ki, qapalı paltarlara keçim. Tanıdığım elə sənət adamları var ki, Həccə gedib gəliblər, amma onlar bu gün içki də içirlər, bütün oyunlardan da çıxırlar. Adlarını çəkməyəcəm. Mən onlar kimi olmaq istəmirəm.

- İçkidən söz düşmüşkən,Mina, heç içki içirsiniz?

- Ancaq su içirəm (gülür). Açığı, içki içən deyiləm, çünki mənə düşmür. Bir neçə dəfə içki də içmişəm. İçki içmək günah deyil. Əslində günahdır, sadəcə qadağa deyil.

- Belə bir açıqlama da etmisiniz ki, sinəm özümə məxsusdur...

-Bəli, sinəm özümə məxsusdur. Əgər mən bədənimi şəkilləndirməyə getsəydim, mütləq hansısa bir həkim onu paylaşacaqdı ki, Minanı əməliyyat etmişəm. Hər şey özümündür, kim inanmırsa, sübut etmək üçün həkimə gedə bilərik.

- Mina, sevgi etirafları çox alırsınız?

- Əlbəttə, sevgi təklifləri alıram. Mən də xanımam. Hətta onların sayı çox olur.

- İnstaqramda rəy bölümünü niyə bağlayırsınız?

- Axırıncı fotosessiyadan sonra bağlamağa məcbur oldum. Çünki çox qeyri-etik ifadələr, pis sözlər yazırdılar. Bu da mənim əhvalıma pis təsir edirdi, ona görə bağladım.

- Demisiniz ki, abır geyimlə ölçülmür. Bəs sizə görə abır nə ilə müəyyən olunur?

- Mənim üçün abır anlayışı evli olan bir qadının ərinə xəyanət etməməsi, gündə biri ilə görüşməyən kişilərin olmasıdır, mənim üçün abır insanların sosial şəbəkələrdə təhqirlər yazmamasıdır. Özünü normal aparan insan mənim üçün abırlıdır. Mən çox bağlı geyinə bilərəm, amma tərbiyəm o olmaz. Ona görə dedim ki, geyimlə ölçülmür.

- Niyə sənətdən daha çox fotosessiyalara, açıq-saçıq geyimdə olan şəkillərə üstünlük verirsiniz?

- Bilirsiniz, elə bir dövrdə yaşayırıq ki, insanlar elə şeylərə daha çox meyil edirlər. Məsələn, mən öz ifamda hansısa bir mahnı paylaşıram, baxış sayı 2, 3 mini keçmir. Elə ki, soyunub çəkdirdiyim fotoları paylaşım, bəyənmə sayı yüz mini keçir, hamı baxır. Səsə, sənətə o qədər də önəm vermirlər. Bu o deməkdir ki, mənim səsim yox, gözəlliyim insanları maraqlandırır.

- Düşünmürsünüz ki, o fotolardan sonra sizinlə ailə qurmaq istəməsinlər?

- Mən ailə həyatı qurmaq istəmirəm, fikrim yoxdur. Hələ ki, tezdir. Əslində yanımda olmağa can atan insanlar çoxdur. Bilirlər ki, çevrəm çox sağlamdır. Ətrafımda yaxşı insanlar çoxdur. Hər birinə təşəkkür edirəm.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...