Azərbaycan neftinin satış prinsipləri - RƏY

Azərbaycan neftinin satış prinsipləri - RƏY
 

"Belneftexim” konserninin xarici iqtisadi əlaqələr baş idarəsinin müdiri Ruslan Labut Belarusun Azərbaycanla neft tədarükü ilə bağlı uzunmüddətli müqavilə bağlamaq istəyində olduğunu bildirib. Bundan əvvəlki açıqlamalarda da Belarus tərəfi Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) 1 mln. ton həcmində neft almaq niyyətində olduqlarını açıqlamışdı. Bu ilin yanvar-aprel aylarında SOCAR Belarusa 3,83 mln. barel həcmində neft göndərib. Bu həcmin 2,05 mln. bareli Azərbaycan nefti, 1,78 mln. bareli isə üçüncü tərəflərin nefti olub. Belarus üçün neft həcmləri SOCAR-ın ticarət evi - "SOCAR Trading” vasitəsilə Odessa limanına çatdırılıb, buradan isə neft daşıyıcılar tərəfindən Odessa-Brodı neft kəməri ilə Belarusun Mozır Neft Emalı Zavoduna nəql olunub.

Bu gün Belarusla yanaşı, böyük həcmdə Azərbaycan neftinin alıcıları var. Azərbaycan nefti "SOCAR Trading" tərəfindən alıcılara çatdırılır.

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report”a bildirib ki, Azərbaycan neftinin əsas satış bazarı Aralıq dənizi hövzəsidir.

Bəs Azərbaycan neftinin satışı hansı formada həyata keçirilir?

 

İbrahim Əhmədov

 

SOCAR rəsmisi bununla bağlı qeyd edib ki, Azərbaycan nefti hazırda digər neft növləri kimi əsasən spot bazarında, yəni həmin gün satışa çıxarılan neft həcmləri alıcının təklifinə və alıcı ilə razılaşdırılan qiymətə əsasən satılır. "Bəzi indikator neft növləri var ki, onlar fyuçers ("Brent”, WTI) olaraq satılır. Amma ümumilikdə əksər neft növləri, həmçinin Azərbaycan nefti aktual qiymətlə, yəni satışa çıxarıldığı günün qiymətinə satılır”.

Bundan başqa, İ. Əhmədov Azərbaycan neftinin satışı üçün bəzən orta və qısamüddətli müqavilələr imzalandığını bildirib. "Dünyada neft emal edən şirkətlərlə yarımillik, birillik müqavilələr imzalamışıq”,- o əlavə edib.

SOCAR rəsmisi, həmçinin vurğulayıb ki, "SOCAR Trading”in fəaliyyəti sayəsində "Azeri Light” markalı neft son on illikdə kifayət qədər tanıdılıb. "Azərbaycan neftinin daha yüksək dəyərə satılması daha az dəyəri olan digər neft növləri ilə daha az qarışması ilə bağlıdır. Bizim neftimiz yüngül neft olduğuna görə kifayət qədər dəyərli neft sayılır. Azərbaycan nefti daha əvvəl daha çox "Urals” markalı neftlə bazara çıxarılırdı və dəyərini buna görə müəyyən qədər itirirdisə, artıq uzunüddətdir ki, bizim neftimiz öz dəyərini itirmir. Azərbaycan neftinin müstəqil brend kimi bazara təqdim olunması sayəsində Azərbaycan dövlətinə əlavə olaraq milyardlarla mənfəət qazandırılır”.

 

Elşad Məmmədov

 

Qeyd edildiyi kimi, Azərbaycan neftinin əsas satış bazarı Aralıq dənizi ölkələri, xüsusilə də İtaliyadır.

Bəs Azərbaycan üçün öz neftinin sabit alıcısına sahib olmaq, yoxsa dünya bazarının konyunkturuna daha uyğun başqa bir satış sxemi tətbiq etmək əlverişlidir?

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Azərbaycan neftinin vahid, sabit alıcısının olması, sabit satış bazarının mövcudluğu olduqca önəmlidir.

"Yüksək volatillik dövründə, qeyri-müəyyənlik şəraitində əsas hədəf, satış nöqteyi-nəzərindən strategiya ilk növbədə sabitliklə bağlı olmalıdır. Sabit şəkildə bazarın qorunması strategiyası qurulmalıdır. Ona görə də sabit alıcının olması daha yüksək riskli, daha yüksək mənfəət verə bilən, amma riskləri yüksək olan biznesdən daha məqbul hesab olunur. Azərbaycanın neft satışı strategiyası nöqteyi-nəzərdən sabit bazarların formalaşması daha çox məqbuldur. Çünki digər hallarda elə bir vəziyyət yaranar ki, qeyri-sabit alıcı faktiki olaraq öz satış partnyorunu dəyişə və yaxud tələbin azalmasına görə neftin alınmasından ümumiyyətlə imtina edə bilər. Ona görə hesab edirəm ki, sabit kontraktlar üzrə işlənilməsi Azərbaycan üçün daha məqbuldur”,- ekspert əlavə edib. 


 


OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...