SON DƏQİQƏ! Bakıda polis mayoru faciəvi şəkildə öldü - FOTO

17:29 / 09.06.2020
2733
Daxili İşlər Nazirliyinin Nəqliyyat Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Paşayev Natiq Qara oğlu vəfat edib.
Sfera.az xəbər verir ki, polis zabiti qəfil ürək çatışmazlığından dünyasını dəyişib. Mərhum doğulduğu İmişli rayonun Telişli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Natiq Paşayev 1993-cü ildə Azərbaycanın ərazibütövlüyü uğrunda erməni işğalçılara qarşı gedən döyüşlərdə Qubadlı özünümüdafiə batalyonun tərkibində vuruşub, bir çox ağır döyüşlərin iştirakçısı olub. Onun qardaşı Elşən Paşayev də Qarabağ müharibəsi əlilidir. (publika.az)