Bakıda polisin “dovşan” dediyi qadının oğlu AZAD EDİLDİ

Bakıda polisin “dovşan” dediyi qadının oğlu AZAD EDİLDİ

Dünən Yasamal rayonunda polisin üzərinə zibil atılmasına görə saxlanılan qardaşlardan biri azadlığa çıxıb.

Sfera.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, ağciyərində xəstəlik olan Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb. K. Süleymanov artıq evindədir.

Ona məhkəmə qərarı ilə 15 sutka cəza verilmişdi.

Kərim Süleymanov vətəndaşların saxlanılması zamanı polis əməkdaşlarından birinin video çəkiliş edərək "siz də, əriniz də dovşansınız” dediyi Gülər Süleymanovanın oğludur. Həmin polis əməkdaşı bu gün Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Gülər Süleymanovadan isə üzr istənilib.

Qeyd edək ki, dünən Gülər Süleymanovanın evində çəkilən görüntülər müzakirələrə səbəb olmuşdu. Onun digər oğlu Elvin Süleymanov yatan yerdə polis tərəfindən yarıçılpaq şəkildə saxlanılmışdı. 


OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...