Rza Zərrabın istəyi Ebru Gündəşi ağlatdı - VİDEO
ABŞ-da həbs olunan və 75 il həbsi istənilən iranlı iş adamı Rza Zərrabın həyat yoldaşı, türkiyəli müğənni Ebru Gündəş ilk məhkəmə iclası üçün Mayamiyə gedib.
Sfera.az xəbər verir ki, Rza Zərrab həyat yoldaşından qızını ABŞ-a gətirməməyi xahiş edib. O, bu xahişini vəkilləri vasitəsi ilə Ebru Gündəşə çatdırıb:
"Qızımızı gətirmə. Baş verənlərin Alana pis təsir etməsini istəmirəm. Məhkəmə lehimizə qərar verəcək və qızımızın yanına birlikdə gedəcəyik".
Qeyd edək ki, sözgedən iş adamı İrana qarşı sanksiyaları pozaraq pul axınını təmin etmək, rüşvətxorluq və qeyri-qanuni bank əməliyyatları həyata keçirməkdə ittiham edilir. Prokuror hər üç ittiham üzrə Rza Zərraba ümumlikdə 75 il həbs cəzası istəyib. İlk məhkəmə iclası aprelin 4-də keçiriləcək.
]