Ölkəmizdə pandemiya əleyhinə görülən tədbirlər bir çox ölkələrə nümunədir

Ölkəmizdə pandemiya əleyhinə görülən  tədbirlər bir  çox ölkələrə nümunədir

 

Ölkələrin səhiyyə sistemləri və qlobal iqtisadi dəyər zəncirinə dağıdıcı zərbə vurmuş COVİD-19 koronavirusu tarixdə ilk dəfədir ki, cəmiyyətdə səhiyyə hadisəsinin iqtisadi və sosial həyatı bu qədər dəyişməsi ilə nəticələnən bir pandemiyadır.

Dünya ölkələrini çoxsaylı insan tələfatı ilə yanaşı, bir sıra iqtisadi, səhiyyə və sosial problemlərlə üz-üzə qoyan Koronovirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən tədbirlər, başlıca olaraq, pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq və bu təhlükədən daha az itki ilə çıxmağa yönəlmişdir.

İnfeksiyaya ilk yoluxma faktı qeydə alındığı ilk gündən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində əhalinin sağlamlığının qorunması və pandemiyanın yayılmasının qarşısının alınması yönündə mühüm addımlar atmışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Koronovirus(COVİD-19) pandemiyasına qarşı ölkə miqyasında geniş tədbirlər görülür,məşğulluğa və əhalinin sosial rifahına dəstək məqsədilə fəal daxili sosial siyasət yeridilir.

Pandemiya şəraitində yeridilən daxili siyasətdə başlıca təşəbbüs ölkə daxilində yoluxma faktlarının artmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin tətbiqi, xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirinin azaldılması, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara,muzdlu işçilərə dəstək vermək aztəminatlı ailələrə, ahıllara, əlillərə, müharibə veteranlarına, qazilərə maddi və sosial yardım edilməsi idi.

Dövlət başçısı İlham Əliyev 2020-ci ilin martın 19-da "Koronovirus (COVİD -19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Prezident İlham Əliyevin sərəncamının icrası ilə təsdiqlənmiş tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapmaqdadır. Aprelin 17-də Azərbaycan Respublikası Prezidentİlham Əliyev tərəfindən elan edilən, 2,5 milyon vətəndaş əhatə edən məşğulluq və sosial rifah istiqamətində həyata keçiriləcək tədbirlər üçün 600 milyon manat vəsait ayrıldı. Həssas təbəqənin qorunması pandemiya şəraitində dövlət qarşısında duran əsas məsələ olmuşdur və bu yöndə lazımi tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 144 saylı qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılmışdır. Sanitar-epidemioloji vəziyyət, xüsusilə də, xəstəliyin yayılma dinamikası və coğrafiyası, əhali arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir. 4 may 2020-ci il tarixindən etibarən bəzi rayonlarda karantin rejiminin məhdudiyyətləri ləğv edilmişdir. 18 may 2020-ci il tarixindən etibarən isə paytaxt Bakı və digər böyük şəhərlərdə karantin rejimi yumşaldılmışdır.

18 may 2020-ci il tarixində paytaxt Bakı və Lənkəran, Sumqayıt, Gəncə kimi böyük və sıx əhalisi olan şəhərlərdə karantin rejiminin yumşaldılmasından sonra sözügedən şəhərlərin sakinlərinin karantin rejiminin bir sıra qaydalarına- 10 nəfərdən artıq insanın bir yerə toplaşmaması, qapalı məkanlarda sıxlığın yaradılmaması, ictimai nəqliyyatlarda tibbi vasitələrdən(tibbi maska və əlcək) istifadə edilməməsi, sanitar və gigiyenik qaydalara riayət edilməməsi kimi hallara çox rast gəlindiyi üçün və iyun ayının ilk günlərindən etibarən virusa yoluxma faktlarının sayının artmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 3 iyun 2020-ci il tarixli qərarı ilə şənbə və bazar günləri əhali sıxlığının qarşısının alınması, vətəndaşların evdən çıxmaması məqsədilə sözü gedən şəhərlərdə bütün iş yerləri öz fəaliyyətini dayandırır, şəxsi və ya ictimai nəqliyyat vasitələrindən istifadəyə icazə verilmir.
Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir vətəndaşa xüsusi diqqət və qayğı göstərir, onların sosial təminatının gücləndirilməsini təmin etmək üçün bütün tədbirləri görməyə qadirdir.

"Pandemiya dövründə atılan addımlar Azərbaycan Respublikası Prezidentinin və dövlətin daim vətəndaşın yanında olduğunun göstəricisidir”.

Oruclu Nailə

Nəsimi RİH könüllüsü


 



OXŞAR XƏBƏRLƏR