"Dünyanın ən asan işi daş daşımaqdır" – Vasif Məhərrəmli

 "Müğənnilik ən asan peşədir" cümləsini qəbul edə bilmirəm. Dünyanın ən çətin peşəsidir".

 

Bunu Əməkdar artist Vasif Məhərrəmli "Bizimləsən" proqramında qonaq olarkən deyib. Müğənni ifaçılıq sənətini tənqid edənlərdən söz açıb:

 

"Müğənnilik rahat həyat deyil. Çox ağır, çətin, məsuliyyətli, əzablı, keşmə-keşli bir sənətdir. İstəmərəm uşağım müğənni olsun. Çünki çox çətindir, əziyyətlidir. Rejim, normal yemək, içmək, yatmaq, həyat tərzi yoxdur. O qədər şeylər sadalayaram ki... Bir dəfə liftdə cavan uşaq mənə qayıtdı ki, çox asan sənətdir, pul qazanmadır. Qayıtdım ki, uşaq olmasaydın, burnunun üstünə bir yumruq qoyardım, yerində qalardın.

 

Bir dəfə də biri deyir, nə edirsən, daş daşımırsan ki... Dünyanın ən asan işi daş daşımaqdır. Onun qiyməti 20 manatdır. Hamı onu bacarır. Bir maşına daşı doldurursan, 20 manat getdi. Bu da oldu fəhləlik. Bu isə sənətdir, Allahın vergisidir. Bu sənəti aşağılamaq zoruma gedir. O qədər aşağılayıblar ki...

 

Qarşıma şərt qoysalar ki, sənət, yoxsa övladın? Övladımı seçərəm. Gedib, necə dolanaram? Alma, qarpız sataram, kanalizasiya təmizləyərəm". (axşam.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...