Peşə təhsili ilə bağlı “Dərs vaxtı”nın iyunun 8-nə olan cədvəli açıqlanıb

Təhsil
12:00 / 06.06.2020
2314
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” kanalında yayımlanan peşə təhsili ilə bağlı "Dərs vaxtı”nın 8 iyuna olan cədvəli açıqlanıb.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, saat 18:10-da Turizm sahəsində iaşə üzrə mütəxəssis-Keyfiyyətli xidmətin mərhələləri; 18:20-də İnteryer və eksteryerin bədii tərtibatçısı – Barelyefin işlənmə texnologiyası; 18:40-da Əməliyyatçı-mühasib – Kassa əməliyyatlarının sənədləşməsi dərsləri olacaq.