Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - VİDEO

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - VİDEO
 Azərbaycanda son günlərdə koronavirusdan ölənlərin sayı artıb.

Elə ilk ölüm halı qeydə alınan gündən hər kəsi maraqlandıran məsələ vəfat edən şəxslərin necə dəfn olunmasıdır. Gəncədə koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfni xüsusi nəzarət altında həyata keçirilir.

Sfera.az xəbər verir ki, belə ki, xəstəlikdən həyatını itirən şəxslər Operativ Qərərgahın təsdiq etdiyi qaydalara uyğun torpağa tapşırılır. Qəbiristanlıqlarda çalışan şəxslərə xüsusi geyimlər, əlcəklər və maskalar verilib. Dəfn işləri məhz bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Bu günə kimi Gəncə şəhərində virusdan dünyasını dəyişən şəxslərin əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır.

Dəfn və Mərasim Xidmətinin müdiri Ələddin Hüseynov bildirir ki, dəfn qaydaları bu dəfə ənənəvi şəkildə aparılmır.

"Biz onları xüsusi qaydada dəfn edirik. Meyitlər tabutda bura gətirilir, elə tabutda da dəfn edilir. Hər kəsə xidmət paltarları verilib, mütəmadi olaraq yenilənir” – deyə Ələddin Hüseynov əlavə edib.

Qəbiristanlıqlarda dəfn işlərini həyata keçirən işçilər üçün ayrılan qoruyucu vasitələr mütəmadi şəkildə yenilənir. Bu şəxslərə hər gün yeni xüsusi geyimlər, əlcəklər, maskalar verilir.

Bundan əlavə, qəbiristanlıqlarda həftə ərzində üç dəfə dezinfeksiya işləri aparılır. Kütləvi qəbirüstü ziyarətlər tamamilə məhdudlaşdırılıb.



OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...