"Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov

 "ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı son fərmanı dövrün reallıqları xüsusunda adekvat addım kimi qəbul olunmalıdır. Bu fərmana əsasən 1996-cı ildə ABŞ-da qəbul edilmiş "Kommunikasiya Müdafiə Aktı"nın 230-cu paraqrafının ləğvi ilə bağlı qərar ləğv olunur. Həmin Aktda əsasən texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyaların məzmununa görə məsuliyyət daşımırlar. Amma bundan sonra belə olmayacaq. Hər bir sosial şəbəkə sahibi öz məsuliyyətini dərk edəcək və rəhbərlik etdiyi platformada baş verən proseslərə ciddi nəzarət etmək məcburiyyətində qalacaq. Trampın imzaladığı bu fərman dünyada sosial şəbəkələrlə bağlı yaşanan xaosun sonlandırılması və ciddi hüquqi bazanın yaradılması üçün təkan ola bilər".

Sfera.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı imzaladığı son fərmanın əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu platformalardakı xaosun qarşısını yalnız ciddi hüquqi tədbirlərlə almaq olar: "Bu gün dünyada çox mənfi tendensiya hökm sürür. Sosial şəbəkələrə çıxışı olan hər bir şəxs platformaların imkanlarından istifadə edərək, müxtəlif vəzifəli şəxslərə, siyasi qruplara qarşı çirkin kampmaniya aparır. Həmçinin sosial şəbəkələrdə terrora, qanunazidd əməllərə, siyasi quruluşun zorla dəyişdirilməsinə təhrik edən paylaşımlar müxtəlif qruplar tərəfindən digər ölkələrin rəhbərliklərinə qarşı istifadə olunur. Bunun qarşısı mütləq şəkildə alınmalıdır. İnsanlar öz məsuliyyətlərini dərk etməli, sosial platformaların sahibləri isə bu məsələdə istifadəçilərə ciddi qadağalar tətbiq etməlidirlər. Yoxsa bütün dünyada vəziyyət nəzarətdən çıxacaq".

Ramin Əhmədov bildirib ki, əgər dünya ölkələri bu məsələdə vaxtında birlik nümayiş etdirməsə, qeyri-qanuni davranışlar, vətəndaş müharibəsinə təhrik meyilləri və terrora çağırış kütləvi hal alacaq, etnik münaqişələr artacaq: "Düşünürəm ki, bütün dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar sosial şəbəkələrlə bağlı qlobal hüquqi sistemin yaradılması ilə bağlı təşəbbüslərlə çıxış etməlidirlər. Əlbəttə ki, Azərbaycan da bu platformalarla bağlı hüquq sistəmin yaradılmasına öz töhvəsini verə bilər. Sosial şəbəkələrlə hüquqi məsuliyyətin yaradılması heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Bu, birmənalı şəkildə insan haqlarının qorunması və təhlükəsizliyin təmin olunması baxımından vacib addımdır ".

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...