"Formula 1" Bakıdan alınıb İtaliyaya verilə bilər

 

İtaliya Avtomobil Klubunun prezidenti Angelo Stiççi ölkəsinin "Formula 1" üzrə Azərbaycan Qran-prisini əvəzləməsini təklif edib. 

"Report" "F1only.fr" saytına istinadən xəbər verir ki, dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkəti 2020-ci ildə bu ölkədə ikinci Qran-prinin keçirilmə ehtimalını araşdırır. 

Bildirilib ki, şirkət sentyabrda Azərbaycanda Qran-pri təşkil etmək istəsə də, yarışın keçiriləcəyinə qəti təminat yoxdur. Çünki Bakıda infrastrukturu qurmaq üçün müəyyən vaxt lazımdır. Digər tərəfdən, Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirməkdə maraqlı deyil. 

Bu plan gerçəkləşəcəyi təqdirdə, 6 sentyabrda ilk İtaliya Qran-prisi, 13 sentyabrda isə ikincisi olacaq. İtaliyadakı ikinci yarış Mucello, İmola və ya Monzada keçirilə bilər. Bunlardan Montsa seçilərsə, birinci Qran-Pridən 1 həftə sonra, yəni sentyabrın 13-də keçirilmə ehtimalı var. Bununla belə, İtaliya Qran-prisində azarkeşlərin olacağı bəlli deyil.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...