Facebook qadın istifadəçilərə görə bunu etdi – YENİ QAYDA

Facebook qadın istifadəçilərə görə bunu etdi – YENİ QAYDA
 Sosial media nəhənglərindən olan "Facebook” yeniliklər gətirməyə davam edir.

Sfera.az xəbər verir ki, lakin, bu yeniliyin gətirilmə səbəbi çox da yaxşı deyil.

Belə ki, Hindistanda qadınlara "Facebook” üzərindən göstərilən təcazvüzlərin ciddi şəkildə artması səbəbilə şirkət bəzi yeniliklər gətirib. Bundan sonra digərləri tərəfindən narahat edilən şəxslər "Facebook” profilini kilidiləyə biləcəklər.

Yeni funksiyaya əsasən istifadəçilər öz Facebook hesablarını dostluqdakı istifadəçilərdən başqa hər kəsə qarşı kilidləyə biləcəklər.

Profili kilidlənən istifadəçinin bütün məlumatları və paylaşımları gizlədilir. Sadəcə dostluqdakı istifadəçilər görə bilir. Həmçinin dostluqda olmayan istifadəçilər "cover” şəklini görə bilməyəcək və profil şəklini isə sadəcə kiçik ölçülərdə görə biləcək, lakin yükləyə bilməyəcək. Facebook rəsmilərinin dediklərinə görə bu yeni funksiya ilə birliktə bir neçə təhlükəsizlik ayarı eyni anda tətbiq olunur.

Qeyd edək ki, yeni funksiya hələlik sadəcə Hindistanda istifadə verilib. Lakin yaxın aylarda bütün istifadəçilər üçün istifadəyə verilməsi gözlənilir. (qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...