Bakıda bina çökdü - FOTOLAR

Bakıda bina çökdü - FOTOLAR
Bakıda yataqxana binasında uçqun olub.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Cavanşir küçəsi, 10 ünvanında baş verib.
 
Əvvəllər H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Arakəsmənin uçduğu hissədə yataqxananın mətbəxləri yerləşir.
 
1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçiriblər, mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə və yerli icra strukturlarına xəbərdarlıq edilib. Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib. Lakin yataqxana sakinləri bağlanmış mətbəxləri özbaşına açaraq, onlardan istifadəni davam etdiriblər.
 
Martın 28-də isə qəfildən mərtəbələr arasındakı beton panellər uçub. Həmin vaxt 3-cü və 4-cü mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, zərər çəkən olmayıb.
 
Uçqundan sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub. Martın 29-da Fövqəladə hallar üzrə Dövlət Komissiyasının nümayəndələrinin də hadisə yerinə baş çəkəcəyi gözlənilir.
 
Qeyd edək ki, vaxtilə yataqxanada 160 ailə yaşayıb. Mərhələli şəkildə 140-a yaxın ailə köçürülsə də, 20 ailə hələ də yataqxanada yaşamaqda davam edir . Onların da köçürüləcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...