Səfir: "BTQ Çindən Avstriyaya qədər ərazini birləşdirir"

Səfir:
 Koronavirus pandemiyasına (COVID-2019) görə yaranmış böhran beynəlxalq təchizat marşrutlarını və mənbələrini diversifikasiya edən milli təhlükəsizlik komponentinin vacibliyini bir daha sübut etdi. Bu nöqteyi nəzərdən Şimal-Cənub, Şərq-Qərb arasında körpü rolunu oynayan Azərbaycan ərazisi köməyə gəlir.

Sfera.az xəbər verir ki, bu barədə Avropa məkanının nüfuzlu xəbər portallarından biri sayılan "EU Reporter”da 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəsi səfir Fuad İsgəndərovun "Azərbaycan – döyüş meydanından regionlararası layihələrin qovşağına” adlı məqaləsində qeyd edilib.

Onun sözlərinə görə, bir sıra ölkələrin məhdudiyyətlər tətbiq etdiyi dövrdə Azərbaycan dünyanın bir sıra hissələrini birləşdirən tranzit, nəqliyyat dəhlizləri fəaliyyət göstərdi: 

"Həmin nəqliyyat dəhlizlərinin coğrafi əhatə dairəsi yalnız Çinə, Əfqanıstana, Mərkəzi Asiyaya, Fars Körfəzinə, İrana, Hindistana, Xəzər dənizinə, Gürcüstana, Ukraynaya, Türkiyəyə, Qara dənizin sahillərinə uzanmır, həmçinin Polşa, Avstriya, Baltikyanı ölkələri əhatə edir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vacib birləşdirici rol oynayır. Bu bölgələrarası nəqliyyat dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək üçün ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyə nail olmaq lazımdır. 

Azərbaycan bir neçə il əvvəl neft-qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitinin təmin edilməsi məsələsində özünü sübut etdi. Əlbəttə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Azad İqtisadi Zona yaratmaqla bu dəfə də ticarət-logistika sektorunda bunu etmək niyyətindəyik. Məqsəd Avropa və Asiya ölkələrində ticarəti asanlaşdırmaq və bununla da investisiya təşviqi üçün müasir vasitələrdən istifadə etməklə qədim İpək Yolu barəsində ideyanı təşviq etməkdir".

Xatırladaq ki, Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. 

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...