Könüllülərin cəmiyyətdə rolu

Könüllülərin cəmiyyətdə rolu
 Ta qədim zamanlardan bəri "Odlar yurdu” adlanan Azərbaycan bu günə qədər də öz qədim ənənələrini qoruyub saxlayan, onları sevə-sevə yaşadan tolerant ölkədir. Təkcə tolerantmı? Xeyr. Bu diyar düşməninin gözünə dik baxan igidləri, yaşlısına ,ahılına ehtiram göstərən cavanları, ölkəsində yaşayan azsaylı xalqlara hörməti ilə tanınıb hər zaman...
    Bu gün Azərbaycan daha bir xeyirxah missiyanın - könüllülük fəaliyyətinin ənənələrini davam etdirir. Bəs könüllülük nədir,onun strategiyası nədən ibarətdir?
    Könüllülük- əsl vətənpərvərlik məktəbi, milli dəyərlərə önəm vermək,onu daha da çiçəkləndirib yaşatmaq deməkdir. Könüllülük başqasını xoşbəxt etməyin həyatda ən böyük xoşbəxtlik olduğunun fərqinə varmaqdır. Könüllülük fəaliyyətinin əsasında cəmiyyət naminə təmənnasız işlərin görülməsi dayanır. Bundan əlavə bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar.
     Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əgər onun Azərbaycandakı fəaliyyətinə nəzər salsaq, könüllülük hərəkatının sistemli şəkildə inkişaf xəttini bütün incəlikləri ilə görə bilərik.
     Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Hazırda bütün bu mərkəzlərdə yüzlərlə könüllü fəaliyyət göstərir.
     Dövlətin dəstəyi ilə günü-gündən daha da inkişaf edən könüllülük ümummilli hərəkata çevrilib. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva könüllülərə, onların fəaliyyətinə yüksək dəyər verirlər. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə hər zaman lazımi dəstək göstərilir. Bu sahədə fəaliyyəti nizamlayan qanunun qəbul edilməsindən ötən on bir il ərzində ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının uğurla keçirilməsində könüllülərin böyük xidməti olub. Ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.
      Hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması, cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan olunub. Bu sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə verilib. Sərəncam ölkədə könüllülük fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
      Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin , Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz rolu növbəti illərdə də daha böyük uğurların qazanılacağını deməyə əsas verir.
 
Bakı şəhəri Nəsimi rayon sakini,
Sevda Məmmədova


OXŞAR XƏBƏRLƏR

Pezeşkian səfirliyimizə hücumdan danışdı: "Bu məsələni izləyəcəyik..."

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.   Sfera.az ...

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...