Lionel Messi koronavirusdan danışdı

Lionel Messi koronavirusdan danışdı
 

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi koronavirusun insanların həyatına təsirindən danışıb.

Sfera.az xəbər verir ki, 33 yaşlı hücumçu pandemiyanın hamı üçün gözlənilməz olduğunu söyləyib.

Təcrübəli oyunçu bildirib ki, bu cür qeyri-müəyyənlikdə və qeyri-adi vəziyyətdə yaşamaq, işləmək asan deyil: "Pandemiyanın olacağını və müəyyən zamanlarda baş verə biləcəyini söyləyən insanlar var idi. Amma hər şeyin belə alınacağını ağlıma da gətirməzdim. Koronavirusun demək olar ki, bütün dünyaya bu qədər böyük təsir göstərəcəyini düşünməzdim. Hamımız işə, məşqə və yarışlara qayıdacağımız vaxtı bilmək istəyirik. İstənilən futbolçu üçün konsentrasiyanı saxlamaq vacibdir".

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...