Brilliant daşlı qızıl saat taxan Nadir: “Bunu almaq üçün tər töküb, sağlamlığımdan keçmişəm” - VİDEO

Brilliant daşlı qızıl saat taxan Nadir: “Bunu almaq üçün tər töküb, sağlamlığımdan keçmişəm” - VİDEO
 "Karantin dönəmində sosial şəbəkə hesabımda nə isə paylaşanda izləyicilər dərhal hücuma keçib, tənqid etməyə başlayırlar. Hətta paylaşımım ideal olsa da, ilişməyə nəsə tapırlar. Bir sözlə, ağ vərəqin üstündə qara nöqtə axtarırlar”.

Sfera.az xəbər verir ki, bu sözləri şou-biznesin "əjdahası” müğənni Nadir Qafarzadə "Xəzər” televiziyasında yayımlanan "X maqazin” proqramında deyib. Sənətçi maddi vəziyyətindən asılı olmayaraq, hamını sevməyə səsləyib:

"Maddi vəziyyətdən, kasıb-varlı olmağımızdan asılı olmayaraq, hamımız bir-birimizi sevib, hörmət etməliyik. Əgər sevə bilmiriksə, demək insanlıqdan uzağıq. Bəlkə də insanlıq yoxdur içimizdə. İnsanlar son zamanlar çox aqressiv olublar”.

Karantin dönəmində Nadir sən demə, şor-çörək aludəçisinə çevrilib. Kökəlsə də, bir həftə içində üç kilo çəki atdığını dilə gətirib:

"Uzun zaman idi ki, isti zavod və təndir çörəyinə tamarzı idim. Çörək yemirdim. Səhərlər şoru çörəyin üstünə yaxıb, şirin çayla içirdim. Mənə elə gəlir ki, şor, çörək və şirin çay hamının evində var. Bunlar ucuz ərzaqlardır. Çox dadlı və ləzzətli idi, onları yeməkdən imtina edə bilmirdim.

Bir həftədir ki, üç kilo çəki atmışam. Tez kökəlib, tez arıqlaya bilirəm. Hər bir işimdə məqsəd qoyduğum kimi, bu arıqlamaqda da özümə məqsəd qoydum və arıqladım”.

Sənətçi qoluna taxdığı qızıl və brilyant daşlarla bəzədilmiş saatının hədiyyə olmadığını, özü aldığını bildirib:

"Heç kim mənə hədiyyə etmir. Valideynlərim üçün mən özüm bir hədiyyəyəm. Bu saatımı heç kimə bağışlamaram. Çünki bunu öz zəhmətimlə, əziyyətimlə almışam. Bu saatı almaq üçün tər töküb, sağlamlığımdan, yuxusuz gecələrimdən keçmişəm. Uzun yollar qət edib, almışam. Bu saata layiqəm. Heç kimin cibindən oğurlamamışam, kiminsə pulunu mənimsəməmişəm və kiminsə haqqına girməmişəm. Bu saat mənim haqqımdır”.
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...