Ümummilli lider siyasi məktəbinin layiqli davamçısı

Ümummilli lider siyasi məktəbinin layiqli davamçısı
 Son vaxtlar ölkəmizdə aparilan kadr islahatının əsas xətlərindən biridə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının korrupsiya və məmur özbaşınalığı ilə bağlı apardığı mübarizədir.
Əfsuslar olsun ki,koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda öz şəxsi mənafeyini güdən dövlət məmurlarına rast gəlirik. Ən təccüblüsü də odur ki, bu məmurlar ölkə rəhbərinin  korrupsiya və rüşvətxorluq haqda çağırış və xəbərdarlığına məhəl qoymamış,  dövlətin xalqın malını talamışlar.
Belə məmurlar haqqında ölkə başçısının verdiyi qərarlar  biz sadə insanları çox sevindirdi. 
        "Bu vicdansizliqdir, belə insanlara bizim aramızda yer yoxdur, onlar layiqli  cəzalarını alacaqlar "  deyə cənab prezident dəfələrlə çıxışlarında qeyd etmişdir.
          Son bir neçə gün ərzində bir birinin ardınca rüşvət və korrupsiyaya bulaşan Icra başçılarının həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunması buna bariz nümunədir. Ölkə rəhbərinin fikrincə belə məmurların xəyanət yolunu tutaraq dövlətin və xalqın malını talaması bagişlanilmazdir. Onlara qarşı qanunun ən sərt forması mütləqdir.
          Mən də sadə bir vətəndaş kimi ölkə rəhbərinin korrupsiya və məmur özbaşınalıqları haqqında gördüyü işləri  mütəmadi olaraq izləyirəm. Onun məmur özbaşınalığına qarşı vacib addımları,  verdiyi qərarları, imzaladığı sərəncamları çox təqdirəlayiq  hesab edirəm. Ölkə rəhbərinin bu insanlara qarşı amansız olması bir daha sübut etdi ki, o hər zaman bizi düşünən, xalqı sevən, onun yanında olan müdrik prezidentimizdir.
          Mən inanıram ki, hər bir azərbaycanlı ölkəmizdə baş verən yeni bir dövrün başlanğıcı olan bu hadisələri kənardan seyr etməyib əziz və layiqli prezidentimizə dəstək mövqeyi  tutacaqlar.
          Əziz Prezidentim!!!
          Siz hər zaman ölkə vətəndaşlarına-qocaya, gəncə, uşağa, xəstə və koməksizə   diqqət ayırmış, hər zaman bizlərin yanında olub  həm maddi, həm  mənəvi dəstək olmusunuz. Sizin bu diqqət və qayğının sayəsində sizi sevən və sizi dəstəkləyən  müasir düşüncəyə və təfəkkürə malik nəsil formalaşır. Bunun üçün sizə çox minnətdarıq. Bir həqiqəti də danmaq olmaz ki, dünyanın ölümlə üz üzə qaldığı bir zamanda da  Siz bizləri unutmadınız, insanlığı və insanların sağlamlığını hər şeydən üstün tutdunuz. Verdiyiniz qərarlar hər birimizin sağlamlığı və taleyi üçün çox əhəmiyyətli oldu. Hər kəsin öz ailəsinə sığındığı indiki həssas bir zamanda belə bizləri- sadə xalqı düşündünüz. Mən sizin liderliyinizə, xeyirxahlığınıza hər zaman güvənirəm, arxalaniram. Sizin və ailənizin dövlətimiz üçün apardığı siyasəti dəstəkləyir, Sizinlə qürur duyuram. Siz Ulu Öndərin  siyasi məktəbinin layiqli davamçısı, eləcə də ölkəmizin  birinci  Vitse prezidenti Mehriban xanım dövlətimizə,  dövlətçiliyimizə,  xalqımıza göstərdiyiniz  diqqət qayğı və fədakarlığa görə  çox var olun, sağlam olun,  yanımızda olun deyirəm.
          Biz bir yerdə güclüyük demək   üçün hər zaman sizin yaninizdayiq...

OXŞAR XƏBƏRLƏR

Bir həftə ərzində 200 meymunun Nyu Yorku zəbt etdiyi inanılmaz hadisə

1935-ci ilin yayında Nyu-York tarixin ən fövqəladə hekayələrindən birinə şahid oldu. Yüzlərlə meymun Frank Bakın Cəngəllik Düşərgəsindən qaçaraq şəhəri tamamilə...

Kiçik silindirin böyük fəlakəti: Sakinlərini Xərçəngə yoluxduran yaşayış binası

Bəzən kiçik bir laqeydlik illərlə davam edən faciəyə çevrilə bilər. Ukraynanın Kramatorsk radioloji qəzası bunun ən ağrılı nümunələrindən biridir. Karxanada itə...

Bir-birindən xəbərsiz böyümələrinə baxmayaraq eyni həyatı yaşayan əkizlər - Cim qardaşları

Bəzən bəzi hekayələr həqiqət ola bilməyəcək qədər qəribə görünür. Bu, 1940-cı ildə cəmi üç həftəlik olarkən müxtəlif ailələr tərəfindən övladlığa götürülən Cim ...

4 yaşında evdən qaçaraq itlərlə yaşamağa başlayan oğlan - FOTO

İvanın həyatı sevimli uşaqlıq nağılından daha çox faciəli romana bənzəyirdi. Spirtli içki aludəçisi babası tərəfindən böyüdülüb və çox vaxt günlərlə evdə tək qa...

Martda öldü, dörd ay sonra dirildi: İstanbulda filmlərə bənzəyən hadisə

İstanbulda filmlərə bənzəyən hadisə baş verib. Erol T. adlı vətəndaş mart ayında həyatını itirib və onun cansız bədəni Ədliyyə Tibb Qurumunda qardaşı tərəfindən...

Ağdaban qətliamından 33 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.   Sfera.az  xatırladır ki, erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən g...