Yumurta bişirərkən bunlara diqqət edin
Sağlıq
19:53 / 27.03.2016
4152
B vitamini ilə də zəngindir ki; bu da saç dırnaq, beyin və dəri üçün çox faydalıdır. Ancaq bir çox qidalarda olduğu kimi bişirmə qaydası yumurtadan da nə qədər faydalana biləcəyinə təsir edər. Yumurta ümumi 10 dəqiqə ocaqda qalmalı və qaynamağa başladıqdan sonra ocağın altı azaldılmalıdır. Beləcə tam bişmiş yumurta əldə edilir. Bu yumurtanın qida dəyəri ən yüksək olur.
Bəzi adamların sevdiyi yarı bişmiş yarı bişməmiş yumurtanın tərkibində biotin adlı vitamin digər zülallarla birləşdiyindən adı çəkilən vitaminlərdən faydalanmaq mümkün deyil. Yumurta tam bişdiyində isə bu arzuolunmaz kimyəvi birləşmə önlənər. Yəni ən sağlam yumurta, tam bişmiş yumurtadır. Beləcə həm avid adlı zülaldan, həm də biotin adlı vitamindən yararlana bilərsiniz.
Yumurta sarısının ətrafındakı yaşıl boz halqaya diqqət
"Dəmir əskikliyi olanlar üçün gündə bir yumurta doğru bir seçimdir. Ancaq 10 dəqiqədən çox bişdiyində, yumurta sarısı ətrafında ‘dəmir sulfid halqası’ olaraq bilinən bir yaşıl-boz halqa meydana gəlir. Bu da dəmirdən yararlanmağınıza mane olar. Halbuki yumurta dəmir mineralı üçün çox yaxşı bir qaynaqdır.
Dəmir əskikliyi olarkən, maddələr mübadiləsi yavaşlayar, halsızlıq, yorğunluq, fokuslanma problemləri, yaddaşda çətinlik, səhər yataqdan çətin qalxma, dərs / iş müvəffəqiyyətinin mənfi təsirlənməsi, saç tökülməsi kimi mənfi əlamətlər ortaya çıxar. Yumurta bunu önləməyə köməkçidir. Kifayət qədər bişmiş lakin boz halqa meydana gəlməmiş yumurta təbii ki.
Yumurtanın ideal istehlak şəkli
"Hər gün ən az 1 ədəd yumurta istehlak edin və ümumi 10 dq bişirin. Ocağınızın gücü və yumurtanın kənd yumurtası olub / olmamaq vəziyyətinə görə dəyişən nəticələrlə qarşılaşa bilərsiniz.
Yumurta ən yaxşı, ən ucuz, ən məşhur istifadə edilən dəmir və zülal qaynaqlarından biridir. Tox tutar. Uşaqlarınız üçün də gündəlik olaraq imtina edilməz qidaların başında gəlir.