Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu azalmağa başlayıb

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu azalmağa başlayıb
2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 241,1 mln. manat vəsait yönəldilib.
Sfera.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə məlumatı Dövlət Statistika Komitəsi verib. 
Məlumata əsasən, investisiyanın 629,4 mln. manatı yanvar, 611,7 mln. manatı fevral ayının payına düşüb. 
Bu da ötən ay xarici sərmayə qoyuluşunun aylıq müqayisədə 2,8% azalması deməkdir. Həmçinin, fevral ayında xarici sərmayənin cəmi kapital qoyuluşunun xüsusi çəkisində də azalma müşahidə olunub. 
Xarici sərmayənin cəmi investisiyalarda xüsusi çəkisi 7,4 faiz bəndi azalaraq 64,1%-ə enib.
Hesabata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 045,8 mln. manatı (84,3%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 834,9 mln. manat vəsait yönəldilib.

OXŞAR XƏBƏRLƏR

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobil...

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...