Yardım almış sahibkarlara ödənişlə bağlı səhvən SMS göndərilib - AÇIQLAMA

Yardım almış sahibkarlara ödənişlə bağlı səhvən SMS göndərilib - AÇIQLAMA
 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət dəstəyi alan fərdi (mikro) sahibkarların bəzilərinə maliyyə yardımının bank hesabına təkrar köçürülməsi ilə bağlı bildiriş SMS-i göndərilib.  

Sfera.az xəbər verir ki, mesaj İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən göndərilib. 

DVX-dən bildirilib ki, vergi ödəyicisinə təkrar gəlmiş SMS-lə bağlı məsələ araşdırılacaq: 

"Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi birdəfəlik ödəmələrdir. Əgər həmin fərdi sahibkar pandemiyanın təsirinə məruz qalan sahələr üzrə çalışırsa və muzdlu işçisi varsa, təbii ki, həmin muzdlu işçilərin əməkhaqqına görə də müraciət hüququ vardır və bu halda muzdlu işçilərin əməkhaqqına görə müraciəti təsdiq olunacağı halda, ona maliyyə dəstəyi iki tranşla köçürülür. Lakin fərdi sahibkarlar üzrə maliyyə dəstəyi proqramından yalnız bir dəfə yararlana bilər”. 

Tədbirlər Planına əsasən, sahibkarlara minimum 250 manat, maksimum 5 000 manat ödənilə bilər. (report.az)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...