SON DƏQİQƏ! Milli Məclisdə təhsillə bağlı QƏRAR
Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında” qanuna dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə elan edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.
Bundan əlavə, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.