Könüllülər aparılan kadr islahatlarını dəstəkləyirlər

Könüllülər aparılan kadr islahatlarını dəstəkləyirlər
 Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən bütün istiqamətlərdə dövlət idarəçiliyində kadr islahatları həyata keçirilir. Bu il bu islahatlar daha geniş vüsət almışdır. Onu qeyd etmək lazımdır ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün cənab prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.

Aparılan kadr islahatları bütün sahələrdə çalışan insanların, eləcə də könüllülərin qarşısında ümdə vəzifələr qoyur. Hər bir rəhbər işçi insan hüquq və azadlıqlarını qorumalı, korrupsiyaya qarşı mübarizəyə qoşulmalıdır.
Bu günki kadr islahatlarının əsas xətti onu göstərir ki, korrupsiya ilə mübarizədə hər kəs daha da mübariz olmalı və vətəndaş-məmur münasibətləri daha sağlam prinsiplər üzərində qurulmalıdır.
Bizim zəngin mədəni irsimizi qorumaq, saxlamaq onu bütün dünyaya göstərmək hər birimizin ümdə vəzifəsidir. Amma təəssüflər olsun ki, belə bir sahə etibar edilən nazirlik bu cür neqativ hallara yol vermişdir.
Bunun nəticəsidir ki, bu insanlar bütün gənclərin kəskin qınağına məruz qalmışdır. Bu cür insanlar gənclər və könüllülər tərəfindən heç vaxt bağışlanmayacaqlar.
Biz gənclərin ölkə başçısından xahişimiz ondan ibarətdir ki, bu cür xəyanətkar məmurlara qarşı ən sərt formada qərar qəbul edilsin.
Bütün bu olanlar biz gənclərin gözü önündə baş verir və izləyirik. Bir nəticə çıxarırıq. Hər kəs çalışdığı yerdə sədaqətli, səmimi, qayğıkeş və etibarlı olmalıdır. Biz gənclər bu gün aparılan kadr islahatlarını dəstəkləyirik və hər zaman ölkə başçımızın ətrafında sıx birləşmişik və hər birimiz sədaqətimizlə, etibarımızla yüksək çalışqanlığımızla bizdən sonra gələn nəsillərə də hər zaman nümunə olmağa hazırıq.

Nəsimi rayon könüllüsü,
Vüqar Həsənli

OXŞAR XƏBƏRLƏR

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda evdən ata və qızının meyiti tapılıb.   Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.    Rayon s...

Messi onun debütündən danışdı: "Bu istidə, rütubətdə…"

Lionel Messi Argentina millisində komanda yoldaşı Rodriqo De Paulun “İnter Mayami”də debüt oyunundan danışıb.   Amerika klubu “Atla...

“Barbie” dizaynerləri İtaliyada avtomobil qəzasında həlak oldular

“Barbie” brendi üçün kolleksiya kuklaları yaradan və Madonnadan ilham alan Mario Paglino və Gianni Grossi İtaliyada avtomobil qəzasında həlak olubla...

Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı artdı - ŞOK RƏQƏMLƏR

Rusiyanın Kiyevə həyata keçirdiyi hücum nəticəsində 15 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, ölənlər arasında 6 yaşlı uşaq və 17 yaş...