Ölənlər arasında azərbaycanlı yoxdur - Yenilənib
Rostov-Donda qəzaya uğrayan FlyDubai hava yollarına məxsus təyyarənin "qara qutu”larından biri tapılıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə "İtar-Tacc” agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Bundan başqa, məlum olub ki, qəzaya düşməzdən əvvəl Boeing-in pilotu təyyarəni üç dəfə yerə endirməyə cəhd edib.
Ölənlərin əksəriyyəti Ərəb Əmirliyində dincəlməyə yollanan Rostov sakinləridir. Sərnişinlər arasında 4 uşaq və 3 əcnəbi olub.
Digər maraqlı məqam isə qəzaya düşən təyyarədə əslində 140 nəfərin uçuşunun planlaşdırlması olub. Lakin sonradan açıqlanmayan səbəbdən onlar digər reysə saxlanılıblar.
Bundan başqa, artıq Ukrayna XİN-i yeddi vətəndaşının da qəzada öldüyünü təsdiqləyib.
***
Rusiyanın Kp.ru saytının Rostov bölməsinin yazdığı məlumata görə, ölənlər arasında Azərbaycan və Hindistan vətəndaşları da olub.
***
Aviaşirkət isə ölənlərin vətəndaşlığı ilə bağlı açıqlama yayıb. Belə ki, sərnişinlərdən 44-ü rus vətəndaşı, 8-i Ukrayna, 2-si Hindistan, 1-i isə Özbəkistan vətəndaşı olub.
Rusiya mətbuatı qəzada həlak olan ekipaj üzvlərinin fotolarını yayımlayıb.
Təyyarənin kapitanı Kipr vətəndaşı Aristos Sokratus
Qırğızıstan vətəndaşı Yıldız Nasirdinova
Seyşel Adaları dövlətindən Yoram Aleks Dominik Konfe
Rusiya vətəndaşı Maksim Aydryus
İspaniya vətəndaşı Xavyer Karo
İspaniya vətəndaşı Kruz Alexandro Alava
Qeyd edək ki, artıq dövlət başçısı baş verən faciə ilə bağlı məlumatlandırılıb. Putin ölənlərin ailələrinə başsağlığı verib və qəza qurbanlarının ailələrinə bütün lazımi yardımın göstərilməsini tapşırıb.