TƏBİB koronavirusla bağlı ölkədəki son vəziyyəti açıqlayıb - STATİSTİKA

Cəmiyyət
23:30 / 18.05.2020
1671
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda son sutka ərzində koronavirusla bağlı statistik məlumatları yayıb.
Sfera.az xəbər verir ki, bu gün daha 3833 nəfər COVID-19 testindən keçib. Bununla da Azərbaycanda ümumilikdə 235 910 test götürülüb.
Reanimasiyada olan xəstə sayı 46, süni tənəffüs cihazında olan xəstə sayı isə 17-dir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3387, virusdan ölənlər 40, sağalan xəstə sayı 2055 nəfərdir.