Azərbaycanlılar ərzağa 2,2 milyard manat xərclədi

Azərbaycanlılar ərzağa 2,2 milyard manat xərclədi
2016-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2% artaraq 4,3 milyard manat olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistikada bildirilir.
2016-cı ilin ilk iki ayında pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 5,5% üstələyərək 2 milyard 150 milyon manata çatıb.
Ticarət dövriyyəsi 2 milyard 108,2 milyon manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satışın dəyəri isə 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3% çox olub.
Hesabat dövründə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 109,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
2016-cı ilin yanvar-fevral aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...