Büdcədən düzgün istifadə etməyənlər cəzalandırılacaq
15:48 / 18.03.2016
942
Milli Məclisin bugünkü plenar iclasında dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəzaların tətbiq edilməsi barədə layihəsi təsdiqlənib.
Sfera.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddə əlavə edilib.
Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq.
Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.