KİV: Səudiyyə Ərəbistanı neftdən imtina edir

KİV: Səudiyyə Ərəbistanı neftdən imtina edir
Səudiyyə Ərəbistanı əsas gəlir mənbəyi kimi neftdən imtina etmək və bərpa olunan, əsasən də günəş enerjisinə diqqət yönəltməyi planlaşdırır.
Oxu.Az Bloombergə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bəyan edib.
Məmur neftdən imtinanın krallıqda günəş işığının zənginliyi, istifadəsiz ərazilərin çox olması, eləcə də qumun bolluğu ilə izah edib.
"Mən enerjinin bərpası üçün Səudiyyə Ərəbistanından daha ideal bir ölkənin olduğunu düşünmürəm. Bizdə günəş elektrik stansiyalarını inşaası üçün lazım olan hər şey var”, - nazir qeyd edib.
Amma əl-Nəimi yaxın 50 ildə ölkələrin neftdən tamamən imtina edə biləcəyinə inanmır.
"Yaxın 50 ildə bəşəriyyət yanacaqdan imtina etməyəcək, bu isə yeri gəlmişkən, elə də pis deyil”, - əl-Nəimi bəyan edib.
Xatırladaq ki, Beynlxalq Enerji Agentliyi (BEA) "qara qızılın” qiymətinin ucuzlaşmasının davam edəcəyini gözləyir və hesab edir ki, qeyri-neft bazarı 2016-cı ildə təkliflə zəngin olacaq.
Dünyanın ən iri investisiya banklarından biri "Goldman Sachs” öz növbəsində neftin qiymətinin bir barel üçün 20 dollardan ucuz olacağını istisna etmir. İnvestisiya bankının rəhbəri Ceffi Karrinin fikrincə, belə ucuzlaşmanın daha yüksək qiymət fonunda təklif və tələbat arasında tarazlıq yaradılmadığı halda, mümkün olduğunu bildirib.      
 

OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...