Asim Mollazadə: Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib

Asim Mollazadə: Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib
 "Rəsulzadə SS-də iştirak etməyib, Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını törətməyib”. 

Bu sözlərin Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsinə cavab olaraq bildirib.   

"Rəsulzadə üzvləri Nürnberq məhkəməsi tərəfindən məhkum edilən SS-də olmayıb, hərbi cinayətlərdə iştirak etməyib. Ona görə də, Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür. O, belə danışmaqla bu gün Ermənistanda qəhrəmanlaşdırılan faşist casusu və kütləvi qətllərin müəllifi Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı rüsvayçılığı ört-basdır etmək istəyir”, - deyə Asim Mollazadə bildirib.
 
Millət vəkili Rəsulzadənin heç orduda belə olmadığını və Azərbaycan legionunun tərkibində müharibədə iştirak etmədiyini xatırladıb.  

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...